İnəklərimiz var deyə, təyyarələrimiz yoxdur
Müəllif yazıları | 09.12.2016 21:35
793

İnəklərimiz var deyə, təyyarələrimiz yoxdur

Nərgiz Əzizova

Yaxşı ki, xanədanlıq dövrü deyil, demokratiya var.

Xanədanlıq olsaydı, bir adamın əmri ilə insanları zülmət zindanlara atardılar. Halbuki indi demokratiya var. Hüquq dövlətinin, konstitusiyanın, qanunların, müstəqil və tərəfsiz ədalətin zəmanəti var. Hamı bir nəfər kimi bu qarantiyalarla azad və qorxusuz yaşayır!

Yaxşı ki, xanədanlıq dövrü deyil, demokratiya var.

Xanədanlıq olsaydı, bircə adamın əmri ilə insanların mal-mülkünə əl qoyulardı. Halbuki indi demokratiya dövrüdür. Xüsusi cəhdlər, sərbəst rəqabət, mülkiyyət - dövlətin zəmanətindədir. Dövlət heç kimlə imtiyazına görə rəftar etmir. Rüşvət kəlməsi dilimizdən düşəli çox olub. Sui-istifadə nədir, unutmuşuq. İş adamları sərbəst iş qura bilirlər. Sabahlarından əmin şəkildə işləyib qazanırlar.

Yaxşı ki, xanədanlıq dövrü deyil, demokratiya var.

Xanədanlıq olsaydı, bir adamın əmri ilə ölkə müharibə meydanına çevrilərdi. Halbuki indi demokratiya var. Bizim heç kimin torpağında gözümüz yoxdur. Biz sadəcə, öz torpaqlarımız üçün darıxa bilirik. Qonşularımızın daxili işlərinə qarışmaq, idarəçilik sistemlərini dağıtmaq kimi iddialarımız yoxdur. Ölkəmiz sülh və əmin-amanlıq içində varlığını davam etdirir.

Yaxşı ki, xanədanlıq dövrü deyil, demokratiya var.

Xanədanlıq olsaydı, heç kim rəhbərliyi, həmçinin rəhbəri ittiham edə bilməzdi. Halbuki indi demokratiya var, hüquq və azadlıqlar var. Hamı bir nəfər kimi rəhbərlikdən qorxmadan başını dik tutub sözünü deyir. Tənqid edir və səhərisi gün şəhərin girişində asılmış cəsədi tapılmır.

Yaxşı ki, xanədanlıq dövrü deyil, demokratiya var.

Xanədanlıq olsaydı, təhsil azadlığı, mətbuat azadlığı olmazdı. Heç kim elmlə və media ilə məşğul ola bilməzdi. Halbuki indi demokratiya var. Universitetlər, media, küçələr tamamilə sərbəstdir. Hamı rahat işini görür, fikirlərini bildirir, ölkənin problemini bağırmadan, sakitcə, qorxusuzca deyə bilir. Media hər cür xəbəri azad şəkildə ölkəsiylə paylaşır. Alimlər, jurnalistlər, yazarlar qətiyyən həbs edilmir.

Yaxşı ki, xanədanlıq dövrü deyil, demokratiya var.

Xanədanlıq olsaydı, qadınlar nəinki azad olmaq, hətta ikinci sinfin nümayəndəsi rəftarı görərdi. Halbuki indi demokratiya var. Qadınlar artıq öldürülmür, döyülmür, metroda, parkda, küçədə rahatca gəzə bilirlər. Tapdıqları işdə öz əli, öz başı işləyə bilirlər. Hicab bağlamaları üçün xüsusi qəddarlıqlara və ya təzyiqlərə məruz qalmırlar.

Var olsun RESPUBLİKA və DEMOKRATİYA. Xanədanlıq yox bir, YER KÜRƏSİ...

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...