Getmək istəyirəm - Uzaqlara apar məni
Müəllif yazıları | 18.01.2017 16:03
637

Getmək istəyirəm - Uzaqlara apar məni

Natavan Çavuş

Kimsə içimdə hönkürə-hönkürə ağlayır. Bu, elə bildiyiniz romantizm zat deyil. İçimdə, lap mədəmin üstündə oturub ağlayır bir uşaq. Niyə bilmirəm. Elə bil, anası hoppalara gedəndə aparmayıb bunu da. Elə bil, kimsə başına vurub xəyallarını əlindən alıb. Elə bil, acıb yemək vermirlər, ya çox doyub, zorla boğazına tıxırlar loxmaları... “Ye, ye! Bunu da ye! Hələ bunu da yeməlisən!”

Bilmirəm, neyləsəm də dərdinə əncam qıla bilmirəm. Susmur, ay Allah! Susmur. İlahi, neyləsəm dinmir göz yaşları. Qalıram çarəsiz.

Çəkilib bir kənara, həyatın kor nöqtəsinə, boynumu qucaqlayıram:

“Şşşşş... sakit ol! Sakit... Məni də ağladacaqsan indi. Biabır olacam, yetər. Bəsdi axı, ürəyim sıxılır”.

Sonra bir az dincəlir. Ağlamağından qalan yeganə iz olur kirpiklərimdəki nəmlik. Yapışır udlağımdan. Sızıltıyla süzülür səsi beynimdə:

“Getmək istəyirəm. Uzaqlara apar məni” .

Ay səni qammaz uşaq!.. Nə udquna, nə də gedə bilirəm.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...