Abort zamanı nə itirdiyinizin fərqindəsinizmi?
Müəllif yazıları | 08.02.2017 21:59
1374

Abort zamanı nə itirdiyinizin fərqindəsinizmi?

Müzəffər Qarayev

Qadın abort masasından düşəndə xalatının düyməsini salıb itirdi. O, təkidlə düyməni axtarırdı, amma əslində nə itirdiyinin fərqində belə deyildi... 

İnsanlar bəzən nə itirdiklərini anlamır. Yaşı heç 30-a çatmayan, xüsusən də 17-23 yaş arası qızdan yaşını soruşanda, "qadından yaş soruşmazlar" cavabı vermək çox yaxşı hal deyil. Əvvəla, sən haçan qadın oldun? İkincisi, bu deyim ancaq yaşı 40 və üzəri olan xanımların devizidir. Çünki artıq o yaşda çox qadınlar yaşlarını gizlətməyə çalışır. Sən niyə yaşını gizlədəsən ki? Fərqi yoxdur, istər xoşbəxtlik, istərsə də bədbəxtlik.

Özümüzü öz əlimizlə tikdiyimiz həbsxanaya soxaraq həqiqi həyatdan məhrum edirik. Bu həbsxananın adı mentalitetdi. Mentalitet adlı həbsxananın dustaqları ibtidai hərəkətlərinə, ibtidai həyatlarına, mənəvi boşluqlarına, bayağılıqlarına, zövsüzlüklərinə adət-ənənə adı qoyublar. Tam səmimi deyirəm, mənsub olduğum xalqın, yəni azərbaycanlıların sevincləri və kədərləri, eləcə də yaşadığım ölkədə baş verən hadisələr mənim üçün artıq tam maraqsızdır. Yaxın dost-tanışı nəzərə almasaq, zərurət yaranmayıbsa, heç kimlə ünsiyyətə girmirəm. Təkcə azərbaycanlıların dilini bilirəm, qalan bütün əlaqələr kəsilib. Könül Kərimovanın təbirincə desəm, öz balaca dünyam var...

İnsan özünü olduğundan ağıllı göstərəndə gülməli vəziyyətə düşür. Karikatura yaranır. Onlar beş-altı kitabın tez-tələsik əvvəlini və axırını oxuyur, dahilərdən sitat gətirir və hər şeyin artıq həll olunduğunu, həyati məsələləri anladıqlarını düşünürlər. Ala-yarımçıq beş-altı kitab oxuyub əsrlərdir bəşəriyyətin ən dahi şəxsiyyətlərinin cavab tapa bilmədiyi suallara cavab tapmaq istəyirlər. Hətta bəziləri artıq bu suallara cavab tapdığına əmin də olub. Uzağa baxmaq yaxşı şeydi, amma hərdən yaxına da baxmaq lazımdı.

Bir gün xəstəxanada idim. Orada bir xanım uşağını abort etdirmişdi. Həkim səbəbini soruşanda, "imkanım yoxdur" demişdi. Sənin imkanın yoxdursa, niyə ağılla yox, bir-iki sözdən orqazm olan beyin hüceyrələrinlə hərəkət edirsən? Bu qədər asandırmı canlı bir varlığı öldürmək? Bəzi qadınlardanda uşaqdan niyə imtina etdiklərini soruşanda, "kariyera qururam" deyirlər. Araşdırmalar göstərir ki, son bir neçə ildə 15-18 yaşlı qadınların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları 50% artıb. Bu, hamımızın problemidir və illərdir öz həllini tapmır. Sevginiz, eşqiniz çox böyük ola bilər, ancaq həyat şərtləri gün gəlir sevginizi də parçalayır.

Gənc yaşda belə bir macəraya atılmazdan əvvəl uzun-uzun düşünməli və çox yaxşı qərar verməlisiniz. “Sevginin gözü kordur” deyirlər. Amma əslində deyil! O gözlər yalnız başqa tərəfə baxmağı bilmədiyi üçün kor kimidir. "Kariyera qururam, buna görə, uşaq istəmirəm. Müasirəm, ona görə istəmirəm" dəməyin. Tanıdıöım bir xanımın dediyi kimi: "Bizə avropalaşmaq üçün dizdən yuxarı yupka geyinmək, yaxud saç uzadıb, qaş aldırmaq lazım deyil. Adicə etik normalara əməl edin, elə o özünüzə də, cəmiyyətə də bəsdi. Küçədə gəzəndə yerə tüpürməyin, zibili yerə atmayın, lifti zibilləməyin. İnanın, siz ən az bir ziyalı insan qədər müasir və alicənab olacaqsınız".

Əlbəttə, hamımız namus üstündə dərhal öldürməyə və baş kəsməyə hazırıq. Əlbəttə, biz yaxşı bilirik, övlada necə tərbiyə vermək lazımdır. Əlbəttə, biz avropalıdan daha əxlaqlıyıq və ən əsası biz qeyrətli və mərd xalqıq. Amma bu cür hallarla rastlaşmaq, qadınların küçədə rahat gəzə bilməməsi, zorlanma kimi hadisələr çox acınacaqlıdır. Və bütün bunların səbəbkarları məlum olsa da, düzələcəyinə inamım çox azdır.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...