Əppək davası
Müəllif yazıları | 09.02.2017 15:20
749

Əppək davası

Qələndər Məmmədli

Sözümə bütün qınadığım gənclərdən üzr istəyərək başlamaq istəyirəm. Ümumi davalarda olan tərəflərin ikisinin də mənasız söhbəti bəzən o qədər cana yığır ki, insan niyə belə edirlər anlamır. Yavaş-yavaş anlamağa başlayıram.

Səhər qalxdım, internetdə gəzəndə bir xəbər gördüm. Canəli Əkbərov haqqında yazılmış tənqidi bir yazı idi, arxa fonda isə ağsaqqal və nümunəvi insanlarımızın “bilmədiyimiz” yönləri aşkarlanırdı. Ondan sonra davamını araşdırdım. Xəbərin başlama nöqtəsinə gedib çıxa bildim.

Söhbətin başlama nöqtəsi, Canəli Əkbərovun Muğam Müsabiqəsinə münsif olaraq qəbul edilməməsidir. Sonra da, o xırsla tapdığı ilk mikrafona “içini tökməsidir.”

Amma bu magazin davalarını kənara qoyub işin başqa tərəfinə baxmaq istəyirəm.

Bu adamların hamısı xalqın “Ağsaqqallar Şurası” deyə keçən adamlardır.  Hörmətli, izzətli, dəyərli fərdlər. Bütün günü televizordadırlar. Boş vaxt olanda yayımlanan muğam ifalarının yanında, sosial proqramların ayrılmaz jüriləridir.

Bu insanlar bizim ziyalı deyib, fikrinə hörmət elədiyimiz insanlardır. Yəni xalqın yolunu aydınlatmalı, davranışı, tutumu və fikirləri ilə  bu ehtiyacı qarşılamalıdırlar.

Konstitusiyanın öz normaları ölçülərlə müəyyən olunur və çətinlik yarananda kitaba baxılır, dinin normalarında çətinlik olanda kitaba baxılır. Ancaq ölkə və insanlıq üçüncü bir norma ilə daha idarə olunur.  Adətlər və ənənələr. Adətlər və ənənələrdəki ümumi çətinliklər olanda isə ziyalılara baxılır. Ən azı  nəsə deməsələr də, davranış etibarilə görüb götürürsən.

“Ziya!” Sözə bax ha! Mənası: nur, işıq, aydınlıq-, deməkdir. “Ziyalı” isə “işıqlı”. Yəni ki, bu şəxs o qədər fikirlərinə, dəyərlərə bağlıdır ki, sən onunla yola çıxırsan və əqidəniz sizi bağlayan tək məfhumdur. Amma heç biriniz əhdə xəyanət etmirsiz. Heç “əppək davası” da girmir aranıza.  Nazim Hikmətin şeirindəki, qaranlıqları aydınlığa çıxaran, yanan şəxslər.

İndi biraz daha səmimi və dürüst danışaq. Azərbaycan toplumunda neçə əllə tutulası və yola çıxılası ziyalı var?

Yaşını-başını almış, xalqın artıq loru dildə desək mülkiyyətinə çevrilmiş insanlar çıxıb nəyin davasını edirlər? O məni istədi, bu istəmədi. Mən belə böyüyəm, elə yekəyəm. O qərəzlidir bu kinlidir. Hamınız illərdir eyni qabdan yeyirsiz, indi gördüz bu qüsurları?

Bu adamlar gözəl əxlaqdan danışırdılar axı Xoşqədəmin verilişində. İndi nə oldu? Başqalarının həyatı üzərində əhkam kəsmək haqqına sahib olmadığınız halda hər şəkildə özünüzü zəka abidəsi qılıb, bir qrup sürünün istədiyi şəkildə danışıb alqışları toplayanda heç belə deyildiz?

Bir tərəfdən səs salıb, bağırıb bir tərəfə təzim etmək bəs ziyalılıq və ya vicdan qəbilində hansı çərçivəyə sığır?

Deməli, təhlükənin çərçivəsi sizin məsafənizə girəndə sükunətdən əsər qalmır. Deməli, insan heç də mükəmməl deyil. Deməli, insan həmişə rasional qərarlar da vermir. Səhnə ədəbi, səhnə ərkanı da deyəsən, yada düşmür. Unutmalar başlayıb deyəsən...

Sizlər bu xalqın illərdir bəslədiyi, medianın da verdiyi qazla özünüzü böyük mütəfəkkir görmüsünüz. İndi isə insanlar kitab oxuyur, maraqlanır, araşdırır, alternativləri çoxdur  və sizə zaman ayırmaq istəmirlər. Pafoslu milliyətçilik hisslərinin arxasında ancaq bir-birinizi qırıb, daha çox, daha çox, daha çox qazanmaq üçün bir-birinizin boğazına əl ata bilərsiz. Bazar daralıb. Əvvəlki kimi geniş deyil. Televiziyalarda da sizə maraq yoxdur. Çünki sənətkarlıqdan da, sənətdən də üstün görmüsüz, daha çox qazanmağı. Məşhur bir mübahisə var:

Sənət cəmiyyət üçündürmü, sənət üçünmü?

İllərdir sənət sadəcə, sizin üçün edilib. Daha bəsdir!

Axırıncı aşırımda da dediyi kimi:

Kərbalayı, bir vaxtlar sənin qılıncının qını da kəsərdi. Keçdi o dövran!”

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...