Filosoflardan və düşüncə adamlarından aforizmlər - Tural İsmayılovun tərcüməsi
Müəllif yazıları | 11.03.2017 17:38
648

Filosoflardan və düşüncə adamlarından aforizmlər - Tural İsmayılovun tərcüməsi

Tural İsmayılov

Brifinq.com filosoflar və düşüncə adamlarından aforizmləri təqdim edir.

Platon deyirdi: “Söylənən hər şeyin sorğulanmaya və tənqidə açıq olmağı lazımdır. Mübahisə və sübut fəlsəfə üçün həyatdır. Qısaca, fəlsəfə ilə məşğul olmaq üçün iki nəfər mütləqdir və fəlsəfə başqaları ilə birlikdə həqiqət arayışıdır”.
***

Kant yazırdı ki, fəlsəfənin işi qadağalar qoymaqdan ibarət deyil. Fəlsənin məqsədi ortaq ağlın təlqin etdiklərini həll etməkdən ibarətdir.
***

Heraklit iki məşhur aforizmi ilə yaddaşlarda qalıb: 1) Görünməyənlərin əlaqələri görünənlərdən daha güclüdür. 2) Ehtiraslarla savaşmaq çətindir, çünki qarşılığını ruhlarla ödəyirsən.
***

Horak Valpol deyirdi: “ Bu dünya düşünənlər üçün komediya, hiss edənlər üçün isə tragediyadır. Ona görə, Demokrit gülürdü, Heraklit isə ağlayırdı”.
***

Empedokl bu fikirə inanırdı: “Hamı sadəcə öz təcrübələrinə inanır”.
***

Epiktet söyləyirdi: “Sabah başqa bir insan olacağını deyirsən. Bəs bu gündən niyə başlamırsan”.
***

Don Herold yazırdı: “Ayrılıq balaca ehtirasları unutdurar, böyükləri isə qüvətləndirər”. 
***

Oskar Uayld: “ İnsanlar xətalarını xoşbəxt yox, bədbəxt olanda anlayarlar”. 
***

Molyer: “Həyatda tək fikirdən daha təhlükəli heç nə yoxdur”.
***

Şekspir: “Arzulamaq bilməkdən əsasdır”.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...