Ölməyin, nə olar...
Müəllif yazıları | 17.03.2017 10:56
695

Ölməyin, nə olar...

Qələndər Məmmədli

...xahiş edirəm hamınızdan ölməyin ey gözəl insanlar yaşayırıq da nə gözəl dünyadır dünya çirkin olsa da gözəldir zarafatı yoxdur yaşamağın gəlin bir yerdə mübarizə aparaq əbədiyyətə qədər yaşayaq son fikrini də unudaq yaşayaq hamımız dünya durduqca ölməyəcəyik heç birimiz hamınıza sonsuzluğu söz verirəm xahiş edirəm ölməyin nə üçün yaşamağı da düşünməyin lap əşi bilirsiz nə var boş boşuna özünüzü vadar etməyin nəyinsə mübarizəsinə yaşayın heç birimiz ölən deyilik mən qarantiya verirəm ölməyin əziz insanlar sizlər bu cəmiyyəti formalaşdıran ünsürlərsiniz sizlər varsız deyə bizlər var mən sən o əvəzliklərini də silək lüğətlərimizdən onlar da olmasın bunlar da sadəcə biz qalaq ölməyin ey gözəl insanlar bütün dünya bizimdir lap elə vətən anlayışı da olmasın yerləşdirməyək özümüzü heç bir tabuta soxmayaq bir dəfə də olsun bir dörd divarın arasına dönək əvvəlki neandertallığımıza daha da azad şəkildə ömrümüzün sonuna qədər yaşayaq önlüyümüzlə labaratoriyada heç tanımadığımız insanlar üçün heç kəsin də məcburiyyətində qalmadan mübarizə aparaq yaratdıqlarımızdır axı bizi var edən əlindən tutduqlarımızdır əlindən tutduqlarımız demişkən bizim hamımız borcluyuq bu dünyaya xüsusilə gələcək nəsillərə uşaqlara və uşaqlarımıza bizlər saçının tükü əksik olsa canımızı oda atacağımız uşaqlarımız üçün yaşamağın bütün əzablarını yox edib yaşamalıyıq var olan cəmiyyəti təkmilə aparan yol bizim özümüzü qurban etməyimizdən keçir bunu ölərək yox yaşayaraq etmək lazımdır həyat bir oyundur qaydalarını da özü yazır bu oyunda yaşayaraq qalib gəlmək mümkündür və o qədər qəddarlıqla dizayn edilib ki lehində qərarlar yoxdur və hakim həmişə onlardan tərəfdir 55 qəpiklik dünyadır əlbəttə yaşamağa dəymir bəzən tüpürüb getmək də istəyir insan bir iki ağı və bir iki üzüntünün özəyində saxta olan bütün çirkablara bulanmış kədər simulasiyalarından geriyə sadəcə xoş xatirələrdə yad edilmək qalır onsuz da ölkələrimizin bu kimi bir xüsusiyyəti var ki ölüm insanı necəsə əfv etdirir və onu mövcud günün ən qiymətli şəxsi edir ancaq sonra sadəcə həqiqi  sevdiklərinin ürəyində əbədi sağalamz və yeri dolmaz bir sızıltı olaraq qalır düzünü deyin heç sevdiklərinizin belə sızıltı keçirməsini və yoxluq hissindən dolan boşluğa qərq olmasını rəva bilirsinizmi bu cəmiyyətin içindəki irinləmiş hissizləşmiş arsızlaşmış ağzından ölüm qoxusu gələn sadəcə açıb yumduğu hər saniyədə qanın kəsif amma porsumuş iyini ətrafa saçan insanların acığına yaşamaq lazımdır sırf onlar danışmasın deyə sürünün yönünü dəyişmək üçün yaşamaq lazımdır  intihar hissi gəldiyi anda açıb Can Dündarın Öz Cənazənizi Düşünün yazısını oxuyun durub biraz nəfəs alın bilirsiniz o boz an var ey gözünüz daha heç nəyi görmür və daha məcburi bir şəkildə köklənirsiniz bütün var olan hər şeyi günahlandırmağa başlayıb edəcəklərinizə haqq qazandırırsınız vicdanınızda  bax o an ölməsəniz sonra əbədi yaşayacaqsınız bəşəriyyətin xülyasıdır əbədiyyət ömür boyu ardınca qaçılan minlərlə əfsanələrin qaynağıdır yaşama yanğısı bəs niyə yaşamırsız axı nədir sizi geri çevirən sevdiklərinizi bir bir xatırlayın onlara yaşadacaqlarınızın bir cədvəlini qurun qazandırdıqlarıız və qazandırma ehtimallarınız və itirtdikləriniz mən inanmıram ki bu mühasibatın sonunda siz qalib gələsiniz yaşamaq yanı daha ağır basacaqdır üstəlik də yetmişinizdə də zeytun əkəcək şəkildə yaşamanın ciddiyətini dərk edərək lap özünüz üçün lap uşaqları fikirləşmədən həyatdır lap qəliblərdirsə sizi sıxan buyurun bir qəlibi də mən qırıram heç bir durğu işarəsindən istifadə etmədən yazıram bu yazını düz xətt kimi nə başı var nə sonu istədiyiniz formata istədiyiniz şablona salın durğu işarələrini də istədiyiniz yerdən qoyun amma yaşayın başını buraxın sizə göstərilən bütün standarların həyatda hər zaman var olandan daha çox ikinci ehtimallar qalib gəlir və hər zaman olmayan şeylərdən sonra mütləq doğrunun doğru olmadığını göstərə bilən ikinci bir ehtimal vardır durğular duyğuları ifadə edə bilməz bir birini başa düşmək və əzablara şərik olmaq o sızıltını hiss etmək empatiya məsələsidir sizin məni durğularsız da anlayacağınızdan əminəm bilirəm sizlərin dinləməyi üçün bizləri bizlərin də ölməyi lazımdır onu da həll edərik onda düzələcəkmi düzələcəksə elə ordan başlayaq sağ ikən qulaq asmaq olmurmu mən sizi sevirəm inanın səmimiyyətimə ki sevirəm sizlər üçün verdiyim bütün mübarizələrin rəqibi siz olsanız da sevirəm mən dəyişirəm siz də dəyişin heç bir qaydanı tanımıram ilk inqilabı buradan edirəm daha ölməyin nə olar ölməyin günəşin doğduğunu gördüyünüz bir sabaha qurban olsun bütün yazıların və yazılarımın ciddiyəti hətta ciddiyətim bu cəmiyyətin sizə ehtiyacı var mənim də var sizlər olmasanız uğur qazanmağın nə mənası var sizlər olmasanız  mübarizə aparmağın nə mənası var daha çətin şəraitdə daha çətin sistemdə veririksə bir mübarizəni biz də yaşayaraq verməliyik ən gözəl cavabımızı ÖLMƏYİN Lap elə xudbincə sırf özümü fikirləşdiyim üçün bir yalvarışdır lap elə sırf şəxsi mənafeyimdən sevirəm sizləri insan qardaşlarım yaşayın nə olar....

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...