Böyük İsgəndərin davamçılarına qarşı niyə üsyan olmadı?
Müəllif yazıları | 08.07.2017 14:26
277

Böyük İsgəndərin davamçılarına qarşı niyə üsyan olmadı?

Vüsal Səfərli

İnsan bir dövlətin və ya imperiyanın işğalını çox çətin və zəhmətli iş olduğunu düşünür. Həqiqətən də bir krallığın digərini işğal etməsi asan iş deyil. Hələ işğal edilən krallıq həmin dövrün ən güclülərindən biri idisə. Niccolo Machiavelli "The Prince" əsərində xüsusilə İsgəndərin ölümündən sonrakı bu suala cavab olaraq, fikirlər ortaya çıxarıb. Machiavelli əslində İsgəndərin necə ağıllı hərəkət etməsini göstərən bəzi nöqtələri də qeyd edib. İlk öncə bildirib ki, bir dövlətin idarəsində geniş şəkildə yayılmış iki idarəçilik üsulu var idi. Onlardan biri hökmdar və onun köməkçiləri idi. Yəni hökmdar özünə daha yaxın hiss etdiyi insanları öz köməkçiləri olaraq təyin edərdi. Bu, bir dövləti idarə etmək üçün seçilən ilk addımlardan biri idi. İkincisi isə hökmdar və baronların idarə etdiyi idarəçilik sistemi idi.

Baronlar kimlər idi? Baronluq bir hökümdar tərəfindən təqdim olunan ad və ya titul deyildi. Baronlar öz hörmətini və seçilmişliyini insanlar arasında öz bacarığı hesabına qazanmış şəxslər idi. Baronların şəxsi əraziləri və onları sevən və dəstəkləyən kütlələri var idi. Əslində İsgəndərin seçdiyi üsul baron üsuluna dayanırdı. İsgəndər heç bir zaman işğal etdiyi bölgələrdə özünə nifrət qazandıracaq gedişatlar etməyib. İsgəndər hər zaman özünü sevdirməyə çalışıb. Məsələn, Daranın imperiyasını işğal etdikdən sonra oranın əhalisini incitməyib. Əksinə xalqın qarşısına hər zaman xalqa məxsus olan geyim tərzində çıxıb və onlar kimi olduğunu göstərib. Təbii ki, bu hərəkəti sevməyən olmazdı çünkü insanlar öz adət ənənələrinə hörmət görürdü. İsgəndər həmçinin tutduğu ərazilərdə yalnız mən varam demirdi. İşğal etdiyi ərazinin idarəsinə həmin ərazini yaxşı tanıyan və xalqdan biri və ya xalq tərəfindən tanınan və sevilən birini təyin edərdi. Beləliklə, öz hakimiyyəti altında olan əraziyə çox az sayda yenilik gətirib. Vergiləri belə çox dəyişdirməməyə çalışılıb. Machiavelli hətta bir nöqtədə qeyd edir ki, vergi kimi önəm daşıyan xüsusiyyətlərdə azacıq bir dəyişmə belə hakimiyyətə gələn yeni liderin mövqeyini sarsıdar.

Bu idarəçilik sistemini daha da açmaq üçün Machiavelli iki idarəçilik sistemini qarşılaşdırır. Birincisi Türk monarxiyası, ikincisi isə Fransa krallığıdır. Türk sisteminə diqqət çəkən Machiavelli qeyd edir ki, Türk sistemində dövlət bir nəfər tərəfindən idarə olunar və digərləri onun əmrində olanlardır. İdarə altında olan bölgəni sancaqlara bölər və idarə eləmək üçün istədiyi adama təyin edər, dəyişdirər və ya geri çağırar. Fransa kralı idarəetmə sistemində isə bayaq ki, baron misalı göstərilir. Yəni kral, bölgələrində sevilən lordlar və ya baronlarla bir yerdə olar. Machiavelli daha sonra qeyd edir ki, əgər müharibə olsa o zaman Türk sistemli bir dövləti işğal etmək Fransız sistemindən daha çətindir. Amma, işğal edildiyi halda Türk sistemində olmuş dövləti əldə tutmaq daha asan, Fransız sistemində olmuş dövləti əldə tutmaq isə daha çətindir. Türk sistemli olan dövlətdə bölgələr üzrə təyin olunanları fikrindən yayındırmaq bir mənada çətindir və yayındırsan belə bu insan həmən bölgənin insanının tam olaraq dəstəyini almayacaq çünkü bu insan sadəcə ora təyin olunub və insanlara yaxın biri olmayıb. Bu sistemli dövlət işğal olunandan sonra insanlar artıq məğlub tərəfin heçbirşeyindən qorxmayacaqlar və insanlar artıq önəmsəməyək. Amma, fransız sistemində olan bir dövləti rahat işğal edərsən çünkü burada hər bölgənin sayılıb seçilən lordu kral tərəfindən həmin bölgəni idarə etməsi üçün seçilir və asanlıqla bu tip sistem işğal üçün parçalanma gətirə bilər çünkü bölgələrə təyin olan baronları öz yanına çəkmək daha asandır. İşğaldan sonra isə bu tip sistemi əldə tutmaq çox çətindir. Çünkü kral getsədə hələ də orada kral olmaq istəyən nüfuzlu insanlar var, bölgələrin baronları kimi. Əgər işğal edən kral özünü irəli verərsə, ancaq mənim dediyimdir deyərsə, o zaman başına dərdlər açılar. Həmən nüfuzlu insanlar yeni krala qarşı gələr bu səfər və yenidən bölgə bölgə krala qarşı çıxanlar olar. Qısacası ya o baronlarıda məğlub edəcəksən ya da onların dediklərini görməzdən gəlməyəcəksən. Bu iki krala aiddir və öz hakimiyyəti üçün bunları düşünməlidir.

Görünür ki, İsgəndərin işğal etdiyi Dara imperiyası Türk sisteminə bənzəyirdi. Buna görə İsgəndər Daranın bütün ordusunu döyüş meydanında məğlub etmək məcburiyyətində qaldı, çünki deyildiyi kimi bu tip sistemli krallığı işğal etmək çox çətindir. Və İsgəndər çox asanlıqla bu krallığı əlində tutmağı bacardı. Buna səbəb isə krallıqda heç kim İsgəndərə qarşı üsyan etmədi. İsgəndərin ölümündən sonra onun davamçıları birlik içərisində olsaydı, çox əziyyət çəkilmədən o krallığı uzun illər yaşadardılar, amma davamçıların öz istəkləri və fikir fərqlilikləri münaqişələr yaratdı. Ancaq Fransa tipli idarəçilik sistemi olsaydı belə rahatlıqla idarə etmək çətin olardı, çünki İsgəndər artıq bu səfər hər bölgənin sevilən baronuna görə siyasət təyin etmək məcburiyyətində idi, ya da həmin baronları tək-tək məğlub edərək, özünün tək idarəçiliyini qurmalı idi.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...