Aclıqdan düşünə bilməyən yazıçı kimi...
Müəllif yazıları | 08.09.2017 00:23
693

Aclıqdan düşünə bilməyən yazıçı kimi...

Nərmin İsmayılova

Bəzən köynəyinin düymələrini satıb, çörəkpulu çıxarmaq istəyən, aclıqdan düşünə bilməyən yazıçı kimi... bəzən qapısı döyülüb "binanızda yanğın var, dərhal çölə çıxmalısınız!" sözünü eşidən vətəndaş kimi... bəzən yaşadığı maddi və mənəvi əzabı rəsmləri ilə ifadə edən rəssam kimi...  bəzən isə sadəcə, həyatı dərindən yaşayan biri olursan... üsulunca... incinmədən və incitmədən.. Düşünürsən nədir bunlardan ən önəmlisi? sağlamlıq, ailə, pul, təhlükəsizlik, sevgi... niyə insanlar eyni dildə danışa bilmir? Müxtəlif dəyərlər nə zaman balanslaşacaq? zaman öncəliklərimizi dəyişərək, bizi də dəyişmiş sayılırmı? yaxşı, hər kəsi anladıq, bəs bizim öz içimizdə bizə düşmən kəsilən bildirişlərimizə nə ad verək? insan da heç özünə zidd yaşayar? niyə istədiklərimizi etdiyimiz təqdirdə yenə də natamamlıq hissindən qurtula bilmirik? bəlkə heç tamamlanmağa çalışmırıq? ümumiyyətlə, biz niyə düşünürük? nəyi düşünürük və nə qədər düşünürük? bəs bir mənfi nüansı düşündüyümüz qədər onu həll etməyə əmək sərf edirikmi? yoxsa, sadəcə enerjinisi iş başlamadan bitirən insanlardan olduq?

Bəlkə dəyişək? Beynimizi, fikirlərimizi, emosiyalarımızı özümüz idarə edək. Bu günə qədər bəs kim idarə edir? Əminik ki, onlar bizi idarə etmirdi? Şekspir deyib ki, "yaxşı, pis situasiya yoxdur. Sadəcə, hadisənin özü var, biz ona yaxşı və ya pis etiketi ilə damğalayırıq". Əslində hər şeyin fərqində olduğunuz qədər bir çox şeyi görməzdən gəlməyi sevirik. Çünki üzləşməkdən qorxuruq. Bu əslində tam olaraq, qorxu da sayılmır. Ərinirik... emosianal kamilliyə sahib olmağa ərinirik, çünki asan iş deyil. Biz hələ masadakı şirniyyatı yeməmək üçün nəfsimizə sahib çıxa bilmirik. qaldı ki, necəsə düşünməmək üçün emosiyaya qapılmamaq üçün beynimizi idarə edək.

Gileylənmək komfortludur, hələ gəncik, gözəlik, qarşıda o qədər illər var, niyə dayazdan yaşayaraq, başımızı sakit saxlamayaq? dünyanı biz xilas edəcəyik? bizim fikirlərimizdən təsirlənənlər olacaq? biz kimik ki? bir dəqiqə bəs niyə yenə natamam hiss etdik? niyə bu qərarlar bizə bəs etmədi? hələ də başımız sakit deyil, hələ də dərinik, yenə bir parıltı var içimizdə. Sanki heç zaman sönməyəcək. Yenə özümüz üçün, bəşəriyyət üçün nəsə etmək istəyirik, amma ərinirik. Başlamağa taqət və davam etməyə enerji yox... Halbuki iki tələbi də ödəyən orqanın açarları bizim əlimizdə paslanır. Görəsən, papağımızı qarşımıza qoymağa ərinməkdən vaz keçəcəyikmi? Çünki zaman bizi gözləmir, nə qədər nisbi olsa, elə bir istiqamətdə durmadan səssizcə axır. gəlin, sakitcə axanlardan qorxaq. elə bu gün... həyatımızın neçə min neçəncisə günündə bir qərar verək və birlikdə emosianal kamil olaq.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...