Okeana nəhəng asteroid düşərsə... - ŞOK - VİDEO
Astrologiya | 15.12.2016 19:58
214

Okeana nəhəng asteroid düşərsə... - ŞOK - VİDEO

ABŞ-ın "Los Alamos Milli Laboratoriyası"nın ekspertləri nəhəng asteroidin okeana düşəcəyi halda baş verə biləcək prosesi videoda göstəriblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, alimlər dalğaların böyük təhlükə yaratmadığını bildiriblər.

Amma hadisənin planetin iqliminə təsir edəcəyi bildirilir. Geofizik Qalen Qisler həmkarları ilə birlikdə superkompüterdə simulyasiyaların seriyasını keçirib. Burada asteroidin okeana düşməsinin müxtəlif ssenarilərinə baxılır. Alimlər müəyyən edib ki, göy cisminin okeana düşdüyü vaxt yaranan dalğalar sualtı zəlzələ zamanı yaranan sunami dalğalarından daha az təhlükəlidir.

Bununla belə, asteroidin okeana düşməsi nəticəsində yaranan yüksək temperatur böyük miqdarda su buxarının yaranmasına gətirib çıxara və nəticədə Yer kürəsinin iqliminə təsir edə bilər.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...