26 gün sonra bizi gözləyən gələcək, yaxud bürclər nələri yalan deyir? - DÜNYANIN DƏRDİ
Astrologiya | 25.12.2016 12:05
429

26 gün sonra bizi gözləyən gələcək, yaxud bürclər nələri yalan deyir? - DÜNYANIN DƏRDİ

Donald Tramp Amerika kimi supergücün prezident oldu, amma yenə də 70 yaşlı qocadan əl çəkmirlər. Bu dəfə tatar qızı İrina Şeyk “qızıl saçlı” amerikalıya ilişdi. Xəbər yayıldı ki, Rusiya çöllərindən Hollivuda qədər yolu necə gedib çıxdığı bilinməyən tatar gözəli Trampın fotoları olan tualet kağızını İnstagramda paylaşıb. Hələ bu azmış kimi camaatdan üzr istəyərək, yazıb ki, “bu tualet kağızlarını oğurlayıram”.

“Oğru qanunları” ilə bağlı yazıları oxuyanda oğurlamağın o qədər də pis şey olmadığını fikirləşmək olar.

Amma baxır nəyi oğurlayırsan. Fotosu tualet kağızının üzərində həkk olunmuş Trampı isə deyəsən bu, o qədər də maraqlandırmır. Çüki bir neçə gündür nüvə mesajları verir. Deyir ki, ABŞ qızğın silahlanma olacağı halda başqa oyunçuları üstələyəcək.

Həqiqətən də qəribə dünyadır: okeanın o tayında Amerika, elə dünyanın özü də yanvarın 20-dən sonra nələrin baş verəcəyini səbirsizliklə gözləyir. (Tramp həmin tarixdə and içərək, prezident səlahiyyətlərinə rəsmən strat verəcək). Artıq həmin günə 26 gün qalıb. Digər tərəfdə, Uzaq Şərqdə ərlər arvadlarını tanımaq üçün biabırçı üsullara əl atırlar. Hələ bir haqq qazandırırlar ki, yapon kişisi əsil ərdirsə, arvadını ayıb yerindən tanımalıdır.

Bunun ayıb olması bir dərd, bu ayıbın yarışa çevrilməsi başqa dərd. Dünya bilmir, xərçəngin dəhşətli fəsadları ilə əlləşsin, yoxsa Hadisənin Sabancının oğlu ilə yaxalandığı fotolara baxsın.

Amma indi hər kəs bunlardan daha çox gələn ilin nələrin olacağını düşünür. Astroloqlarlar artıq bürclərə görə proqnozlarını verirlər.

Proqnozlara görə, kimisi ata, kimisi ana olacaq, kimisi varlanacaq, kimisi də sevəcək.

Astroloqlarla yanaşı, xoruzun da öz gələcəyi görmə qabiliyyəti var. Hinlərin ağası hesab edir ki, “itlər” sağlamlıqlarına diqqət etməli, “meymunlar” sevincdən ağıllarını itirməməli, “əjdahalar” isə heç nə etməməlidir. Allah onların başına göydən nəsə yağdıracaq. Amma daha açıqlamır ki, göydən gələn daş olacaq, yoxsa?..

Suallar cavabsız qalır. Xoruz isə davam etməkdən əl çəkmir. Hətta məsləhətlər də verir. Deyir ki, “keçilər” bədxərclik etməsinlər, “siçanlar” qabaqlarına çıxan fürsəti qaçırmasınlar, daha nə bilib nələr...

Siz doğrudanmı bunlara inanırsınız? Bəzi məsələləri açıqlayım, bəlkə sizin də qulağınıza bata:

2015-ci ilin bürc proqnozlarına görə, bu il mən evlənib, ailə-uşaq sahibi olmalıydım. Halbuki, mənim başımı dovşan gələndə bağlamışdılar. Daha sonra deyilirdi ki, guya bu il üç evimdən birini satıb maşın alacam, sonra o maşını da satıb, pulu ilə Avropaya səyahətə gedəcəm. Mən hələ də kirayədə yaşayıram və ömrümdə Ələti o tərəfə keçməmişəm. Məncə bu qədər yetər.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...