Astroloqdan “SSRİ bərpa olunacaq” fikrinə kəskin reaksiya - “Zirəddin FTB əməkdaşıdır”
Astrologiya | 05.01.2017 17:12
148

Astroloqdan “SSRİ bərpa olunacaq” fikrinə kəskin reaksiya - “Zirəddin FTB əməkdaşıdır”

İlin dəyişməsi ilə ekstrasenslərin yeni illə bağlı proqnozlarına da maraq artır.

Bəzi ekstrasenslər siyasi arenada baş verəcək hadisələrin də proqnozunu verirlər. Belə açıqlamalardan birini də Rusiyanın TNT televiziyasına müsahibəsi zamanı azərbaycanlı ekstrasens Zirəddin Rzayevdən gəlib. O, 2017-ci illə bağlı proqnozlarını verib və siyasi arenada baş verəcək hadisələrə də toxunub. Ekstrasens 2017-ci ildə SSRİ-nin bərpa olunacağını, Sovet rejiminin 2017-ci ildə möhkəmlənəcəyini bildirib.

Sözügedən açıqlamaya astroloqlar, ekstrasenslər, hətta politoloqlar biganə qalmayıb. Ekstrasensin fikirlərinə Cebhe.info vasitəsilə münasibət bildirən astroloq Səbuhi Rəhimli FTB əməkdaşının belə bir proqnoz verməsinin başadüşülən olduğunu qeyd edib:“Zirəddinlə dostluq münasibətlərimiz də olsa, sözünü düzünü demək lazımdır ki, o, FTB-nin rəsmi əməkdaşıdır. Azad, sərbəst bir insan deyil, oradan asılı olan, Rusiyada yaşayan bir insan belə bir proqnoz verə bilər. Çünki orada da siyasi dairələrlə əlaqələri var. O insanın indiyə qədər verdiyi hansı proqnoz özünü doğruldub ki? O telepatdır. İşi itən əşyaları tapmaqdır. Bir ara falçı Məlahət də var idi, deyirdi SSRİ bərpa olacaq. Bilirsiniz, bunlar hamısı əhalinin sosial gərginliyini azaltmağa hesablanmış bir addımdır. Gündəmi zəbt etmək, insanların fikrini belə məsələlərlə məşğul etməkdir. Heç biri həqiqəti əks etdirmir, reallığa uyğun deyil və belə bir şey də mümkün deyil. Bir qrup insanlar var ki, Vanqadan nələrsə yazırlar ki, Qarabağ işğaldan azad olacaq, Qarabağın taleyi belə olacaq və s. Hamı deyir, hamı danışır, amma ortada fakt yoxdur. Mən də durub deyim, Nastradamus deyib ki, Azərbaycan yox olacaq, bu, nə dərəcədə doğrudur? Bunun heç bir faktı, sübuti, isbatı yoxdur. Müzakirə mövzusu yaradaraq insanların fikirlərini parçalamaq, kimlərə hansısa yollarla təsir etmək üçün belə məlumatlar yayıb ajiotaj yaratmaqla məşğuldurlar. Yekun olaraq onu deyim ki, bu mümkün deyil. Sovet rejiminin bərpası və bu kimi proqnozların hansısa ekstrasenslər tərəfindən verilməsi və insanların fikirlərində bölücülük aparmaq doğru deyil”.

Qeyd etdiyimiz kimi, məsələ siyasilərin də diqqətini çəkib.

Cebhe.info-ya danışan politoloq Fikrət Sadıqov da SSRİ-nin bərpasının mümkünsüz olduğunu bildirib: “Rusiyada həqiqətən bu cür fikirlər formalaşmaqdadır və uzun müddətdir Rusiya cəmiyyətində Sovet rejiminin bərpası ilə bağlı fikirlər var, tendensiyalar mövcuddur. Rusiya hökuməti çalışacaq ki, Rusiyanı möhkəmləndirsin, möhkəm bir siyasi rejim qursun. Avropa və Qərb dəyərlərindən uzaq olmağa çalışacaq, çünki Rusiyanın Avropa ilə geosiyasi münasibətləri də artıq pik mərhələyə qədəm qoyub. Lakin bütün bunlar o demək deyil ki, Sovet rejimi bərpa olunacaq. Rusiya hökuməti də kifayət qədər peşəkarlardan təşkil olunub və onlar başa düşürlər ki, azad iqtisadiyyatdan imtina edib Sovet rejimini bərpası mümkünsüzdür. Bunu bir müddət öncə edə bilərdilər, amma artıq o dövr də keçib. Rusiyanın daxilində olan sərtləşməni isə inkar edə bilmərəm. Son zamanlar bu, özünü daha qabarıq şəkildə biruzə verir. Az öncə qeyd etdiyim kimi bu sərtləşmə heç də Sovet rejiminin bərpa olunması demək deyil və bu da mümkünsüzdür”.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...