"Ulu öndər "Ad günü" filminə baxandan sonra…"
Mədəniyyət | 12.12.2016 17:10
141

"Ulu öndər "Ad günü" filminə baxandan sonra…"

Bu gün də ekranlarımızı bəzəyən, milli kinomuzun ən gözəl inciləri sayılan filmlərimizə baxanda Ulu öndər, ümummilli lider Heydər Əliyevin ruhuna minnətdarlıq edirik. Məhz onun sayəsində Azərbaycan kinosu özünün inkişaf mərhələsinə qədəm qoydu. Hələ sovetlər dönəmində Ulu Öndər xaricdən kino avadanlıqları gətirdirərək milli kinonun tərəqqisinə təkan verdi.

İki avqust - Azər­bay­can kino iş­çi­lə­ri­nin pe­şə bay­ra­mı elan edilməsi də onun milli kinomuza olan dəstəyinin göstəricisi idi. Öl­kə baş­çı­sı hə­min gün Azər­bay­can ki­no xa­dim­lə­ri­nin bö­yük bir qru­pu­na fəx­ri ad­la­rın ve­ril­mə­si ba­rə­də fər­man im­za­la­dı. Bu ənənə bu gün də Ulu öndərin siyasətinin layiqli davamçısı prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Tarixə nəzər salsaq, milli kinomuzun şedevrləri sayılan əksər filmlərimizin - “Bir cənub şəhərində”, “İstintaq”, “Babək”, “Nəsimi” və s. filmlərin ekran həyatı qazanmasında Ulu Öndərin birbaşa xidməti olduğunu görərik.

Re­jis­sor Rasim Oca­qo­vun çək­di­yi “İs­tin­taq” bə­dii fil­mi Azər­bay­canla yanaşı, so­vet kinema­toq­ra­fi­ya­sın­da əsl ha­di­sə­yə çev­ril­di. Mərhum rejissorumuz Rasim Ocaqov müsahibələrində deyirdi ki, “İs­tin­taq” bə­dii fil­mi­nin ide­ya­sı­nı Heydər Əli­yev verib.

Yeri gəlmişkən, qeyd edək ki, bu film 1980-ci il­də Dü­şən­bə­də ke­çi­ri­lən XIII Ümu­mit­ti­faq ki­no­fes­ti­va­lın­da ən yax­şı bə­dii filmə gö­rə baş mü­ka­fat al­dı, 1981-ci il­də isə ya­ra­dı­cı qrup SS­Rİ Döv­lət mü­ka­fa­tı­na la­yiq gö­rül­dü.

So­vet İt­ti­fa­qı Qəh­rə­ma­nı Meh­di Hüseynzadənin - par­ti­zan “Mi­xay­lo­nun” şəx­siy­yə­ti­nin araş­dı­rı­lıb üzə çı­xa­rıl­ma­sı, onun haq­qın­da əv­vəl­cə “Uzaq sahil­lər­də” əsə­ri­nin ya­zıl­ma­sı, son­ra bu ba­rə­də hər­bi-və­tən­pər­vər­lik fil­minin çəkilməsi ide­ya­sı da Ümummilli liderə məx­sus­dur.

Ulu öndərin çox sevdiyi “Ad günü” filmində rol alan xalq artisti Hacı İsmayılov ümummilli liderimizlə bağlı xatirələriniPublika.az-la paylaşıb:

“Ulu öndərimiz istənilən mədəniyyət hadisəsini yüksək qiymətləndirirdi. Yaradıcı insanlara xüsusi qayğı göstərirdi. Yadımdadır ki, “Ad günü” filmini çox bəyənmişdi. O vaxt SSRİ-nin İrandakı səfiri Vinoqradov Moskvaya gedərkən yolunu Bakıdan salmışdı. Ulu Öndərimiz onunla birgə “Ad günü” filminə baxmışdı. Vinoqradov İrana qayıdanda Ulu Öndərimizdən xahiş etmişdi ki, filmin bir nüsxəsini onlara versinlər. Film həmin vaxt Dövlət Mükafatına layiq görülmüşdü. O mükafatı Ulu Öndərimiz şəxsən özü bizə təqdim etdi. Həmin gün həyatımın ən unudulmaz günü kimi yadımda qalıb. Ümummilli liderimiz yalnız kinoya deyil, Azərbaycanın bütün sahələrinə diqqət və qayğı göstərirdi. Bu diqqət və qayğı bu gün də davam edir. Onun siyasətinin layiqli davamçısı İlham Əliyev mədəniyyətimizin inkişafı üçün diqqət və qayğını əsirgəmir”.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...