Ölüm nədir? - Firuzədən əbədi ayrılmaq - Tək cümləlik fəlsəfə
Mədəniyyət | 16.12.2016 14:50
263

Ölüm nədir? - Firuzədən əbədi ayrılmaq - Tək cümləlik fəlsəfə

“Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara şair Bəxtiyar Əlirzayev cavab verib:

Niyə varsan?

- Var olub-olmamaq seçimi vermədilər, amma ayılanda gördüm ki, bura bir yana, heç yerdə olmamalıydım. 

Niyə yox olacaqsan?

- Dincəlmək üçün. 

Niyə yazırsan?

- Dəyərlilərin məni anlamağını istəyirəm.

Yaşamaq nədir?

- Hisslərinin dalınca zibilliyə də gedib, hətta tapdığın zeytun yağı şüşəsindən tanrı yaratmaq. 

Ölüm nədir?

- Firuzədən əbədil ayrılmaq. 

Ədalət nədir?

- Oğru gəldi, iki inəyindən sabah doğasını görməyib, qısırı apardı... 

Azadlıq nədir?

- Bütövlük mənbəyi, güc axını.

Yaradıcılıq nədir?

-Tanrılaşmaq cəhdi. 

İnsan kimdir?

- Hər şeyin ölümlü sahibi. 

Manera.az

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...