Uşaqlarınızı yeni ildə apara biləcəyiniz hədiyyəli tamaşalar - SİYAHI
Mədəniyyət | 21.12.2016 13:29
296

Uşaqlarınızı yeni ildə apara biləcəyiniz hədiyyəli tamaşalar - SİYAHI

Yeni il yaxınlaşır və uşaqların qış tətilinə çıxmasına az qalıb. Valideynlər indidən uşaqların başını qatmaq üçün əyləncə proqramları düşünür.

Səməd Vurğun adına Rus Dram Teatrı

Картинки по запросу Səməd Vurğun adına Rus Dram Teatrı

Rus Dram teatrın əməkdaşının verdiyi məlumata görə, uşaqlar üçün hazırlanmış “Uqaday skazku-5” bu ilin dekabr ayının 29-dan, 2017-ci ilin yanvar ayının 4-dək göstəriləcək. Yanvarın biri isə teatr ümumiyyətlə işləməyəcək. Dekabrın 31-i saat 12-də bir seans olacaq. Qalan günlər isə tamaşa saat 13.00 və 15.00-da göstəriləcək. Uşaqlar üçün hədiyyə ödənişlidir. Keyfiyyətinə gəldikdə isə buna ciddi nəzarət edildiyi qeyd olundu.

Gənc tamaşaçılar Teatrı

Картинки по запросу Gənc tamaşaçılar Teatrı

Teodor Syuz Qeyzelin “Yeni ili oğurlayan Qrinç” kitabının motivləri əsasında Ron Hovardın ekran həyatı verdiyi “Qrinç” bu dəfə gənc rejissor Elşad Rəhimzadənin quruluşunda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün nümayiş etdiriləcək.

Yeni il tamaşası cari ilin dekabr ayının 29-dan, 2017-ci ilin yanvar ayının 5-dək 12.00, 14.00, 16.00 və 18.00-da nümayiş olunacaq. Burada da uşaqlar üçün hədiyyələrin nəzərdə tutulduğu və onların keyfiyyətinə təminat verildiyi bildirildi.

Akademik Milli Dram Teatrı

Картинки по запросу Akademik Milli Dram Teatrı

Akademik Milli Dram Teatrında dekabrın 24-dən yanvarın 4-dək hər gün gənc rejissor Əlif Cahangirlinin Anar Sadıqovun “Buzlar ölkəsi” nağılı əsasında hazırladığı tamaşa göstəriləcək. Səhnə əsəri bayram günündə Qar qızın xilas olunmağından bəhs edir.

Əyləncədolu proqramlar hər gün saat 11.00, 13.00, 15.00 və 17.00-da başlanacaq.

Hədiyyələrin keyfiyyəti ilə bağlı suallarımıza Akademik Milli Dram Teatrın mətbuat katibi Cavid Zeynallı ətraflı cavab verdi: “Hədiyyə qutusuna daxil olan hər şey təzə olur, istehsal tarixi keçmiş olmur. Buna yüz faiz təminat verilir ki, şirniyyatlarda, yaxud digər hədiyyələrdə hər hansı problem olmayacaq. Başqa bir tərəfdən də, bu, biznes layihəsidir və heç bir müəssisə köhnə hədiyyələri müştərilərinə satmaz. Çünki bunu növbəti ili, növbəti tamaşaları da var. Keyfiyyətsiz məhsul üçün növbəti dəfə heç kim bilet almır. Yəni valideynlər Akademik Milli Dram Teatrının təqdim etdiyi həm tamaşanın, həm də hədiyyənin keyfiyyətinə arxayın ola bilərlər”.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrı

Картинки по запросу Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrı

Kukla Teatrının rəhbəri Rəşad Əhmədzadə tamaşaların əvvəlki qaydada göstəriləcəyini və uşaqlar üçün heç bir hədiyyə düşünülmədiyini söylədi.

Qeyd edək ki, tamaşalara biletlərin qiyməti 5-10 manat arasında dəyişir.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...