Dolları haradan alaq?
İqtisadiyyat | 06.01.2017 13:38
68

Dolları haradan alaq?

Ötən ilin dekabrın sonlarından etibarən ölkədə fəaliyyət göstərən əksər banklar müştərilərinə dollar satmaqdan imtina edib.

Brifinq.com bildirir ki, ilin sonunda 32 bankdan cəmi 6-sı dollar satırdı.

Satılan məbləğin də maksimum miqdarı 100 dollar idi. Bayram ərəfəsində də ölkədə eyni vəziyyət müşahidə edildi. 

Yeni ilin ilk günlərindən etibarən isə bankların, demək olar ki, hamısı dollar satışından imtina edib. İndi 32 bankdan yalnız biri, yəni “Bank Silk Vey” müştərilərinə beynəlxalq hava limanında 100 dollar satır.

Sərnişinlər uçuş biletini göstərməklə dollar əldə edə bilərlər. “Accessbank”da isə yalnız filiallarda dollar varsa, onu müştərilərinə satır.

Belə olan halda banklarda dollar tapa bilməyən müştərilər “qara bazar”a müraciət edir. 
Qeyri-qanuni fəaliyyət göstərən “qara bazar”da isə nə qədər istəsən dollar tapmaq mümkündür - özü də rəsmi məzənnədən bir neçə dəfə baha. İndi “qara bazar”da dolların satışı 1,98 manat civarındadır.

Bildiyimiz kimi, hazırda banklarla bağlı məsələlərə Maliyyə Bazarlarına Nəzarət Palatası rəhbərlik edir. Palatadan isə bildirilib ki, ölkədə pul siyasətini Azərbaycan Mərkəzi Bankı (AMB) həyata keçirdiyindən dollar ilə bağlı məsələləri onlar tənzimləmir.

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev isə öz növbəsində banklara nəzarət məsələsinin Palatanın səlahiyyətində olduğunu qeyd edib: “Mərkəzi Bank fərdi və individual banklarla işləmir. Ona görə də, məsələyə münasibət bildirə bilmərik”.

Maraqlıdır ki, hər iki qurumun rəsmiləri problemdən yayınaraq məsələni bir-birinin üstünə atmağa çalışırlar. Nəticədə zərər müştərilərə dəyir, onlar bankdan dollar ala bilmirlər və son variant kimi “qara bazar”a müraciət edirlər.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...