Qazaxıstanın geri qaytardığı kartoflarımızdan səs-soraq çıxdı
İqtisadiyyat | 30.06.2017 17:41
852

Qazaxıstanın geri qaytardığı kartoflarımızdan səs-soraq çıxdı

Qazaxıstanın zərərli orqanizm Qızılı kartof nematodu (Globodera rostochiensis Behrens) iddiası ilə geri qaytardığı  81,5 ton Cəlilabad kartofundan səs çıxdı.

Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən verilən məlumata görə, geri qaytarılmış kartof məhsulundan təkrar nümunələr götürülüb, Xidmətin Respublika Karantin Ekspertiza Mərkəzinin Fitohelmintologiya laboratoriyasında yoxlanılıb. Məhsulda sözügedən nematod aşkar edilməyib.

Həmçinin Cəlilabad rayonunun kartof məhsulunun yetişdirildiyi əkin sahələrindən götürülmüş torpaq nümunələrində də nematod və ya onların sistaları aşkarlanmayıb. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti bildirir ki, Qazaxıstan Respublikasından geri qaytarılan kartof məhsulu fitosanitar tələblərə tam uyğundur. Bu barədə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi ilə əlaqə saxlanılıb. Birgə komissiyanın təşkil olunaraq yüklərdən təkrarən nümunə götürülərək hər hansı üçüncü bir ölkənin müvafiq laboratoriyasında yoxlanılması təklif edilib. Bununla bağlı səfirliyin nümayəndəsi Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən təqdim olunmuş materialların diplomatik kanallarla qarşı tərəfə çatdırılacağı və zəruri tədbirlərin görüləcəyini bildirib.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...