Benzinin qiymətinin artmasının 7 SƏBƏBİ
İqtisadiyyat | 15.07.2017 21:08
3574

Benzinin qiymətinin artmasının 7 SƏBƏBİ

Bundan əvvəl Azərbaycanda avtomobil benzinin qiymətləri 2013-cü il dekabrın əvvəlində orta hesabla 30% artmışdı. Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında SOCAR-ın müraciəti əsasında Aİ-92 markalı benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Unikal.org xəbər verir ki, Tarif Şurasının çıxardığı qərara əsasən, Aİ-92 markalı benzininin pərakəndə satış qiyməti 15 iyul 2017-ci il tarixdən 1 litr üçün 0,90 AZN (hazırkı kursla $0,53) müəyyənləşdirilib. Əvvəllər bu göstərici 0,70 AZN idi. Beləliklə, qiymət artımı 28,57% təşkil edib. Bəs Tarif Şurası hansı səbəblərdən benzin qiymətinin artımına qərar verib? - ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması; - ekoloji mühitin yaxşılaşdırılması; - artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi; - neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin həyata keçirilməsinin zəruriliyi; - ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər; - artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması; - benzin ixracından xarici valyuta gəlirlərinin azalması. Tarif Şurası qeyd edib ki, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Belə ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...