“Bitcoin”nin dəyəri 4000 dolları keçdi
İqtisadiyyat | 14.08.2017 12:27
742

“Bitcoin”nin dəyəri 4000 dolları keçdi

Dünyanın məşhur kriptovalyutası “Bitcoin”nin dəyəri  yenə tarixi maksimuma yüksəlib. 

Brifinq.com  Rusiya mətbuatına istinadən xəbər verir ki, kriptovalyuta 4101,41 dollardan təklif edilir. Valyutanın kapitalizasiyası 67,7 milyard dollara yaxınlaşıb. 24 daat ərzində “Bitcoin” 12,29 faiz bahalaşıb. 

Qeyd edək ki, 2017-ci ilin birinci yarısında İngiltərə, İspaniya, Almaniya riyaziyyatçıları 2025-ci ildə  “Bitcoin”nin bazar kapitalizasiyasının 50 faizə düşəcəyini proqnozlaşdırıblar. Digər kriptovalyutaların bazar kapitalizasiyası isə artacaq. 

Xatırladaq ki, hazırda bazarda kapitalizasiyanın həcminə görə, birinci sırada  klassik “Bitcoin” qərarlaşıb. Klassik “Bitcoin”in bazar kapitalizasiyası 56,9 milyard dollar təşkil edir. Bu da kriptovalyuta bazarının 47%-nə bərabərdir.

İkinci sırada “Ethereum” kriptovalyutası yer alır. Onun bazar kapitalizasiyası 26 milyard dollardır. Üçüncü sırada “Ripple” gəlir. Bu kriptovalyutanın bazar dəyəri 6,8 milyard dollar təşkil edir.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...