Dollar 3-cü gündür bahalaşır
İqtisadiyyat | 31.08.2017 10:29
1773

Dollar 3-cü gündür bahalaşır

ABŞ-da Cümə axşamı və Cümə günü açıqlanacaq iqtisadi göstəricilərdən əvvəl, Fed-in faiz artırmaq üçün daha çox səbəbi olacağı gözləntisilə, Dollar 3-cü gündür bahalaşır.

Cümə günü açıqlanacaq şəxsi gəlirlər və şəxsi xərclər göstəricilərinin İyul ayında sürətlənəcəyinə dair analitik ehtimalların təsiri ilə Dollar İndeksi qalxıb. Cümə günü isə aylıq kənd təsərrüfatı xaric məşğulluq hesabatı açıqlanacaqdır.

"NarWest Markets"in strateqi Mansoor Mohi-uddin,"uzun perspektivdə Dolların bahalaşcağını gözləməkdə davam etdirik" deyib.

Avro/Dollar məzənnəsi 1.20 səviyyəsinin üzərinə çıxdıqdan sonra 1.1877 səviyyəsinədək geriləyib (Dollar bahalaşıb).

Qeyd edək ki, 2-cü rübdə ABŞ iqtisadiyyatının 3% artdığı açıqlanıb. Analitiklər iqtisadiyyatın 2,6% artacağını gözləyirdilər.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...