Türkiyə dünyanın ən böyük 13-cü iqtisadiyyatı oldu
İqtisadiyyat | 01.09.2017 11:45
687

Türkiyə dünyanın ən böyük 13-cü iqtisadiyyatı oldu

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, alıcılıq qabiliyyəti pariteti ilə Türkiyədə adambaşına milli gəlir 25 min dolların üzərinə çıxıb. Bu rəqəmlə Türkiyə 13-ci böyük iqtisadiyyatı olub. 

Ədalət və İnkişaf Partiyayının İqtisadiyyat üzrə sədr müavini Cevdet Yılmaz "Adambaşına gəlirimiz 2002-2016 dövründə 3 min 500 dollar mərtəbəsindən 11 min dollara yaxınlaşdı. Milli gəlirimiz, bu qədər daxili və xarici təcavüzə baxmayaraq 2002-də 230 milyard dolarkən, 2016-da 860 milyard dollara yüksəlib. BVF satınalma gücü paritetinə görə, milli gəlirdə dünyada 13-ci böyük iqtisadiyyat olduq. Bu bazada adam başı gəlirimiz 25 min dollara çıxıb. 2002-2016 dövründə illik orta hesabla 5,7% artan iqtisadiyyatımız, 2023 hədəflərinə də etibar və sabitlik içində addımlayacaq"- deyə bildirib.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...