Bir neçə günlük getdi - Qayıdanda evi başqa ölkədə idi - FOTOLAR
Hadisə | 11.01.2017 14:31
167

Bir neçə günlük getdi - Qayıdanda evi başqa ölkədə idi - FOTOLAR

Hadisə Gürcüstanda baş verib.
 
Brifinq.com xəbər verir ki, 82 yaşlı Dato Vanişvili bir neçə gün evindən uzaqlaşıb. Lakin qayıdanda gözləmədiyi vəziyyətlə qarşılaşıb. O, evinin başqa bir ölkənin sərhədləri daxilində qaldığını görüb.
 
Evinə qayıdanda tikanlı məftillər və rus əsgərləri ilə qarşılaşan Vanişviliyə əsgərlər Rusiyada yaşamaq istəmirsə, evi tərk etməli olduğunu deyib.
 
Evini və ölkəsini tərk etmək variantları arasında qalan Vanişvili, "Mənə, "bura Rusiya torpağıdır" deyirlər. Mən Gürcüstanın Cənubi Osetiya bölgesindənəm. Adım Vanişvilidir və Gürcü vətəndaşıyam!" deyib.
 
Əhali Rusiya ilə Gürcüstan arasındakı qarşıdurmalardan sonra yaranan və "işğal xətti" kimi təyin etdikləri sərhəd xəttinin hər həftə Rusiya lehinə irəlilədiyini söyləyir. Kimiləri isə Rusiyanın Krım kimi Cənubi Osetiyanı da torpaqlarına qatmaq istədiyini ifadə edir.
 
Hiray Həsənli
1
1
1
1
1

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...