"Bomj"lar məhkəməyə çıxarıldı
Hadisə | 11.01.2017 19:28
55

"Bomj"lar məhkəməyə çıxarıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Azad Mürsəlov və Lətifə Zamanovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Brifinq.com Trend-ə istinadən məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 19-na təyin edilib.

Qeyd edək ki, ötən il Nəsimi rayonu, Həzi Aslanov küçəsində 1978-ci il təvəllüdlü Ruslan Çingiz oğlu Cavadovun üzərində çoxsaylı xəsarətlər olan meyiti aşkarlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş - Astara rayon sakini A.Mürsəlov və Babək rayon sakini L.Zamanova tutulublar.

Qətlə yetirilən və onu öldürən şəxslərin tüfeyli həyat tərzi keçirmələri müəyyən edilib.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...