Azərbaycanda həbsxanada silahlı insident: 19 yaşlı əsgər yaralandı - SON DƏQİQƏ
Hadisə | 10.09.2017 11:01
1056

Azərbaycanda həbsxanada silahlı insident: 19 yaşlı əsgər yaralandı - SON DƏQİQƏ

Salyanda silahlı insident qeydə alınıb.

Brifinq.com report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Yenikənd kəndindəki 5 saylı cəzaçəkmə müəssisəsində baş verib.
Həmin müəssisədə xidmət edən Ağstafa sakini, 19 yaşlı Əyyam Mamay oğlu Əyyublu odlu silahdan açılan atəş nəticəsində güllə yarası alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, insident yaralı ilə xidmət yoldaşı arasında mübahisə zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...