Quş təyyarəyə çırpıldı - Bakıdan İstanbula uçan təyyarə eniş edə bilmədi - VİDEO
Hadisə | 10.09.2017 21:53
79

Quş təyyarəyə çırpıldı - Bakıdan İstanbula uçan təyyarə eniş edə bilmədi - VİDEO

Türkiyə Hava Yollarının 673 nömrəli Mombasa-İstanbul reysinin uçuşu zamanı gözlənilməz hadisə baş verib.

Brifinq.com Baku.ws-ə istinadən xəbər verir ki, Atatürk Hava Limanına enən təyyarə havada qəzaya uğrayıb.

Boeing 737-900 təyyarəsinin qadın pilotu qülləyə xəbərdarlıq edib ki, qağayı təyyarəyə çırpılıb. THY pilotu qülləyə bildirib ki, quşun ölüsü eniş zolağında ola bilər.

Bu xəbərdarlıqdan sonra Bakı-İstanbul, Riyad-İstanbul və Kopenhagen-İstanbul reysləri həyata keçirən təyyarələr eniş edə bilməyib.

Hadisə yerli vaxtla saat 10:30-da baş verib. Hadisədən sonra vəziyyəti müəyyənləşdirən qüllə təyyarələrə enişə icazə verib.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...