4 uşaq atası - "Həyatımı puç etdi" - FOTOLAR
Hadisə | 11.09.2017 07:21
264

4 uşaq atası - "Həyatımı puç etdi" - FOTOLAR

"Bütün bədənim ağrıyır. Bəzən elə olur ki, ağrılara dözə bilməyərək ağlayıram. Müalicəyə ehtiyacım var. Amma əslində... Kasıbam, hər şeyə ehtiyacım var".

46 yaşlı Surinder Şarma belə deyir. 26 il əvvəl, 20 yaşı olanda bədənində şişlər çıxmağa başlayan, indi bütün vücudu suluqlu şişlərlə örtülən şəxs belə deyir.

Milli.Az Hindustan Times-a istinadən bildirir ki, neyrofibromatoz xəstəsi olan Surinederə bu mərəz atasından keçib.

Kənd dükanında satıcı olan Surinderin aylıq gəliri 150 dollardır və bu səbəbdən onun gərəkli müalicəyə pulu yoxdur.

4 övlad atasının dediyinə görə, bu şişlər, ziyillər onun həyatını alt-üst edib.

"20 yaşımdan bəri qonum-qonşu, tanışlar məndən uzaq gəzir. Şişlər həyatımı məhv etdi. İnsanlar mənə gülür, uşaqlarsa qorxurlar. Müalicəyə pulum yoxdur. Ümid edirəm ki, dövlət yardım edər. Tanrıya və həkimlərə inanıram. Onlar həyatımı puç edən xəstəliyimi sağalda bilərlər", - Surinder Şarma deyib.

1
1
1
1

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...