DƏHŞƏT - 8 yaşlı uşağı öldürdü, doğradı və...
Hadisə | 10.09.2017 23:10
382

DƏHŞƏT - 8 yaşlı uşağı öldürdü, doğradı və...

Türkiyənin Sultanqazi bölgəsində dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, Türkiyədə yaşayan suriyalı uşaq qonşusu tərəfindən amansızcasına qətlə yetirilib. 8 yaşlı Rehat Aşar saat 3 radələrində evdən çıxaraq marketə gedib. Marketdən əslən Əfqanıstandan olan qonşusu ilə çıxan uşaq son olaraq təhlükəsizlik kameralarına düşüb.

Suriyalı uşağı evə aparan qonşu naməlum səbəblərdən onu öldürüb. Öldürdüyü uşağın cəsədini doğrayaraq 3 zibil qutusuna qoyub, əl arabası ilə yaxınlıqdakı zibilliyə aparıb.

Polis tərəfindən şübhəli qismində saxlanılan qonşu ifadəsində uşağı öldürdüyünü etiraf edib.

Azyaşlının təcavüzə məruz qalıb-qalmadığını öyrənmək üçün zibli poliqonunda uşağın cəsədi axtarılır. Cəsəd tibbi ekspertizaya göndəriləcək.

Faktla bağlı cinayət işi açılıb.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...