Azərbaycanda toya hazırlaşan ailədə FACİƏ - NİŞANLI QIZ ÖLDÜ
Hadisə | 11.09.2017 12:25
119

Azərbaycanda toya hazırlaşan ailədə FACİƏ - NİŞANLI QIZ ÖLDÜ

Dünən Saatlı rayonunun Musalı kəndində 17 yaşlı qızın intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Özünü asaraq intihar edən 117 yaşlı Minarə Səmədova nişanlı olub. Ailə üzvləri bildiriblər ki, qız öz istəyi ilə, heç bir kənar təsir olmadan nişanlanıbmış və bu yaxınlarda toyun keçirilməsi nəzərdə tutulubmuş.

Bildirilir ki, ailədə maddi baxımdan da ciddi problem olmayıb. 17 yaşlı Minarənin əsəbi halda, bir anlıq qərarla özünü asdığı məlum olub.

Qeyd edək ki, hadisənin baş verdiyi Səmədovlar ailəsinin 5 övladı var. Ailənin 3-cü qız övladı olan Minarə Səmədova özünü hində asıb və onun asılı vəziyyətdə qalmış meyitini anası tapıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Lent.az

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...