Bu səhifədə 18+ informasiya yerləşdirilmişdir.

18 yaşından böyüksünüz?

Aeroport yolunda dəhşətli qəza - Hadisə yerindəcə can verdi 18+ - VİDEO
Hadisə | 11.09.2017 12:32
75

Aeroport yolunda dəhşətli qəza - Hadisə yerindəcə can verdi 18+ - VİDEO

Gecə 00:20 radələrində şəhərdən aeroport istiqamətinə, "Razin" adlanan qəsəbəyə yol ayrıcında avtomobil piyadanı vurub.

"Ölkə.az"ın əməkdaşının hadisə yerindən verdiyi məlumata görə 99-DF-602 dövlət qeydiyyat nişanlı "Mitsubishi" markalı cip avtomobili 40-45 yaşlarında kişini yoldan keçərkən vurub. 

Hadisə yerinə Təcili Tibbi Yardım maşını gəlsə də piyadanın həyatını xilas etmək mümkün olmayıb. Vurulan şəxs zərbədən hadisə yerindəcə keçinib.

Əraziyə Dövlət Yol Polisi əməkdaşları gəlib. Sürücü saxlanılıb.

Qeyd edək ki, piyadanın vurulduğu yerdə üst piyada keçidi mövcuddur.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...