Lənkəranskinin öldürüldüyü avtomobil Bakıya gətirildi
Hadisə | 29.09.2017 11:57
75

Lənkəranskinin öldürüldüyü avtomobil Bakıya gətirildi

Azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin güllələndiyi avtomobil Azərbaycandadır.

Brifinq.com unikal.org-a istinadən xəbər verir ki, Canıyevin Beşiktaşda qətlə yetirildiyi "Range Rover” markalı, Aze 90 ND 011 dövlət nömrə nişanlı maşın bu günlərdə istintaq işi başa çatdığı üçün Bakıya gətirilib.

Əldə etdiyimiz məlumata görə, avtomobil "qanuni oğru”nun Bakıdakı bağ evində saxlanılır.

Xatırladaq ki, Azərbaycanlı "qanuni oğru” Rövşən Canıyev("Rövşən Lənkəranski”) 2016-ci il avqustun 18-də Türkiyədə öldürülüb. "Rövşən Lənkəranski” kimi məşhurlaşan Rövşən Canıyev İstanbulun Beşiktaş bölgəsində qaldığı hoteldən çıxdıqdan sonra onun olduğu avtomobil pusquya düşüb. Hoteldən çıxan "Range Rover” markalı, Az 90 ND 011 dövlət nömrə nişanlı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb və qanlı hadisə nəticəsində qətlə yetirilib.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...