Astarada 3 kəndi sel basdı
Hadisə | 05.10.2017 09:20
269

Astarada 3 kəndi sel basdı

Astara rayonunda Astara çayının daşması nəticəsində 100-dən artıq ev su altında qalıb.

Brifinq.com APA-ya istinadən xəbər verir ki, Suparibağ icra nümayəndəliyinə daxil olan Rüdəkənar, Məcidməhəllə və Qapıçıməhəllə kəndlərini su basıb.
 
Suparibağ icra nümayəndəsi Vahab Vahabovun verdiyi məlumata görə, hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çalışır. 50 ailə qayıqlar vasitəsi ilə təxliyə edilib.
 
Qeyd edək ki, bundan əvvəl Lənkəran rayonunun Molla kəndində sel suları  yaşayış evini dağıdıb. Xoşbəxtlikdən evdə heç kim olmayıb. Əşlə kəndi ərazisində isə güclü sel avtomobil körpüsünü yuyub aparıb, kənd ilə rayon arasında əlaqə kəsilib.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...