Qara Qarayev metrostansiyası yaxınlığında QANLI HADİSƏ - 4 zabit 2 vətəndaşı... - VİDEO
Hadisə | 05.10.2017 12:55
72

Qara Qarayev metrostansiyası yaxınlığında QANLI HADİSƏ - 4 zabit 2 vətəndaşı... - VİDEO

4 zabit 2 vətəndaşı vəhşicəsinə döydü. 

BiG.AZ xəbər verir ki, hadisə bu gün gecə saatlarında Qara Qarayev metrostansiyası yaxınlığında , Əlif Hacıyev küçəsində qeydə alınıb. Hadisə şahidlərinin verdiyi məlumata görə 4 nəfər zabit-məmur 2 nəfər vətəndaşı vəhşicəsinə döyüb. Şahidlərinin, eləcə də döyülən şəxslərin verdiyi məlumata görə polislər hadisə yerinə gec gəldikləri üçün həmin şəxslər tərəfindən daha da şiddətli döyülüblər. 

Hadisə yerinə sonradan polislər və təcili tibbi yardım əməkdaşları yaxınlaşıblar. Bir nəfər şəxs isə hadisə şahidi isə dindirilmək üçün polis bölməsinə aparılıb. 

Hazırda davanın səbəbləri və vətəndaşları döyən şəxslərin kimliyi araşdırılır. Döyülən şəxslər isə təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanaya aparılıb. Detallar barədə məlumat veriləcək. 

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...