Əli Həsənovun avtomobillə adam öldürən nəvəsi azadlığa buraxıldı
Hadisə | 02.08.2018 19:27
452

Əli Həsənovun avtomobillə adam öldürən nəvəsi azadlığa buraxıldı

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev növbəti dəfə məhkəmə önünə çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən N.Allahverdiyev apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baxılıb. Məhkəmənin qərarına əsasən N.Allahverdiyevin cəzası şərti hesab edilib və o, azadlığa buraxılıb.

Xatırladaq ki, 2017-ci il avqustun 3-də axşam saat 21:30 radələrində Heydər Əliyev prospektindəki Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının binası qarşısında Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin eks sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi "Mercedes Gelandewagen" markalı avtomobillə 99 FS 777 dövlət nömrə nişanlı "Mazda" markalı avtomobilin yarışı zamanı ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən "Gelandewagen"-in sürücüsü qarşıdakı maşına dəyərək idarəetməni itirib və əsas yoldan ikinci dərəcəli yola çıxaraq səkidə dayanan 3 piyadanı vurub.

Hadisə nəticəsində Mehdi Əliyev, Vaqif Əsədov həlak olub. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət almışdılar. 
 
azxeber.com

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...