Sağlam yaşamaq üçün - 10 qızıl qayda
Sağlamlıq | 29.12.2016 19:55
307

Sağlam yaşamaq üçün - 10 qızıl qayda

Xəstəliklərdən uzaq, uzun və sağlam yaşamağı, həmişə formada qalmağı, özünü yaxşı hiss etməyi kim istəməz ki?! Bu istəyi yerinə yetirmək də elə öz əlimizdədir. Brifinq.com bunun üçün lazım olan 10 qızıl qaydanı təqdim edir:

1. Düzgün qidalanma: Düzgün qidalanmaq sağlamlıq üçün ən vacib şərtlərdəndir. Hər səhər mütləq səhər yeməyi yeyilməlidir. Axşam yatmağınıza 3-4 saat qalmış heçnə yeməyin. Gündə 3 dəfə yemək yeməyə diqqət göstərin. Artıq yağ, duzu, şirini həyatınızdan çıxarın.

Sağlıklı bir yaşam için 10 altın kural

2. Su için:  Vücudunuzun xarici və daxili gözəlliyi üçün bol su için. Suyun orqanizmə necə faydası olduğunu yəqin ki, hamımız bilirik. Çəkinizdən asılı olaraq, gündə 1.5-3 litr su içməyi unutmayın.

3. Zərərli vərdişlərdən uzaq durun: Siqaret və spirtli içkilərin istifadəçisi olan hər il yüzlərlə insan müxtəlif xəstəliklərə tutulur. Bədəninizin daha müqavimətli olmağı üçün bu vərdişləri həyatınızdan tamamilə çıxarın.

4. İdmanla məşğul olun: Hər gün 15 dəqiqənizi idmana ayırsanız, bunun çox xeyrini görəcəksiniz. Gün ərzində müxtəlif templi qaçışlar və idman hərəkətləri edin.

 Sağlıklı bir yaşam için 10 altın kural

5. Müsbət düşüncəli  olun: Gündəlik düşüncələr bizim həyatımızın bir parçamızdır. Stressli həyat, mənfi düşüncələr bir çox xəstəliklərə yol aça bilər. Həyata və baş verən hadisələrə qarşı müsbət fikirdə olun. 

6. Beyin idmanı edin: Beyninizi inkişaf etdirəcək, yaddaşınızı gücləndirəcək nə isə etməyə çalışın. "Puzzle" düzəldin, kitab oxuyun, beyninizi canlı saxlayın.

7. Günəşdə çox qalmayın: D vitamini ilə zəngin olan günəş əlbəttə, orqanizmimiz üçün çox faydalıdır. Amma çox uzun zaman günəşin şüalarını qəbul etmək başda dəri xərçəngi olmaqla, bir sıra xəstəliklərə səbəb ola bilər.  Buna görə, yay, qış günəş kremləri istifadə etməyi unutmayın. 

Sağlıklı bir yaşam için 10 altın kural

8. Təmiz olun: Hər gün duş almağa diqqət göstərin. Üzünüz, saçınız və bədəniniz üçün lazımlı məhsullardan istifadə etməyə çalışın. Gündə ən az 2 dəfə dişlərinizi fırçalayın. 

9. Sevdiyiniz insanlara vaxt ayırın: Onlarla bol-bol gəzin, söhbət edin, sevdiyinizi söyləyin. Sizi xoşbəxt edən insanlar həyata bağlanmağınıza və xoşbəxt olmağınıza kömək edəcək.

10. Yuxunuza diqqət edin: Gündə 8 saatdan az və ya çox yatmayın. 

Gülşən Kamal

 

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...