Uşağınız iştahsızdırsa, bu təkliflərə - DİQQƏT
Sağlamlıq | 05.01.2017 17:45
450

Uşağınız iştahsızdırsa, bu təkliflərə - DİQQƏT

Hər ananın ən böyük şikayətlərində biri övladının iştahsız olmasıdır.

Brifinq.com bu şikayətinizi həll etmək üçün sizə bəzi təklifləri təqdim edir:

1. Uşaqlarınızla yeməkdən əvvəl oyun oynamaq onların iştahının artmasına təsir edir. Buna görə, oyun saatlarını yemək saatlarından əvvəl nizamlamağa çalışın.

2. Uşaqlarınızın boşqablarını şişirdilmiş formada doldurmaq yerinə kiçik pay halında hazırlayın. Beləcə, övladlarınızın yeməyə iştahası artmağa başlayacaq.

3. Uşaqlarınıza zorla yemək yedirmək vərdişinizdən əl çəkin. Bu hərəkətiniz onların yemək yeməyini tamamilə rədd etməsinə və psixologiyasına mənfi təsir etməsinə səbəb olacaq.

4. Buna görə, uşaqlarınıza mükafat və ya cəza tətbiq edin.

5. Uşaqlarınız süd içməyi çox sevmirsə, israr etmək yerinə südlü sıyıq və ya pudinq kimi şirniləri onlara yedirərək, süd ehtiyaclarını qarşılaya bilərsiniz.

6. Uşaqlarınız yemək yeyən zaman onların oyun oynamasına və ya yeməyini qarışdırmasına reaksiya verməyin. Uşaqlar yemək yeyərkən əylənməyi daha çox xoşlayır.

Xəyalə Cəfərova

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...