Döş xərçənginin yayılması riski - AZALDILACAQ
Sağlamlıq | 07.01.2017 20:33
541

Döş xərçənginin yayılması riski - AZALDILACAQ

Türkiyənin Boğaziçi universitetindən Umut Ağyüz döş xərçəngi riskini genetik quruluşa əsaslanaraq, araşdırıb. Bununla da, fərqli DNT testi ixtira edərək onu inkişaf etdirib.

Brifinq.com xəbər verir ki, mütəxəssislərə fikrincə, test döş xərçənginə tutulma riskini əhəmiyyətli dərəcədə azalda bilər. Belə ki, müayinə olunmuş insana xüsusi hesabat hazırlanacaq və bununla da risk 40% azalacaq. Proses 2017-ci ildə Türkiyədə başlanılacaq.

Hər 8 qadından birində döş xərçənginə rast gəlinir. Ağyüz bununla bağlı deyib:

"Həkiminiz DNT testi ilə risk faktorunu təyin edir və bizə göndərilən nümunəyə görə, xəstəyə xüsusi hesabat təqdim edərik. Xəstə həkimin hər kəlməsinə diqqət etsə, həyati riski 40% azalar. Döş xərçənginin qarşısı 1-ci mərhələdə alınarsa, döş hüceyrələrininin 98%-i  sağlam qala bilər". 

Gülşən Kamal

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...