Valideynlərin nəzərinə - Uşaqlar arasında yoluxucu VİRUS YAYILIB
Sağlamlıq | 22.08.2017 00:03
253

Valideynlərin nəzərinə - Uşaqlar arasında yoluxucu VİRUS YAYILIB

Son günlər uşaqlar arasında qızdırma, qusma halları kəskin artıb.

Publika.az-ın məlumatına görə, Respublikanın baş infeksionisti Cəlal İsayev AzVision.az-a bildirib ki, hələ 3-4 ay öncə uşaqlar arasında rotaviruslar yayılmışdı.

“Yay aylarında belə virusların-enterovirusların, rotavirusların yayılma ehtimalı var. Bunlar uşağın həyatı üçün adətən təhlükə təşkil eləmir. Yüngül infeksiyalar olur, 3-4 gün müddətində uşaqda qızdırma və ya digər simptomlar müşahidə edilir, sonra isə müalicə tələb etmədən çıxıb gedir”.

C.İsayev qeyd edib ki, hazırkı dövrdə Azərbaycan üçün epidemioloji situasiya təhlükə təşkil etmir. “Uşaqlar arasında hazırda yayılan virusun nə olduğunu dəqiqləşdirmək lazımdır. Adi kliniki xəstəxanalarda laborator müayinə aparmaq çətindir və bunun dəqiq müayinəsi lazımdır”.

Baş infeksionist əlavə edib ki, epidemioloji situasiya gərgin olmadığı üçün bahalı müayinələr aparmağa ehtiyac qalmır: “Pediatrların qeyd etdiyi kimi, bu vəziyyətlə bağlı kütləvi müraciət yoxdur. Düzdür, eyni simptomlarla müraciət edənlər var, lakin kütləvi şəkildə deyil. Uşaqlar arasında yayılan bu infeksiyalar ciddi təhlükə təşkil etmir”.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...