Sirkənin bilmədiyiniz faydaları - Mədəni təmizləyir
Sağlamlıq | 28.08.2017 07:27
239

Sirkənin bilmədiyiniz faydaları - Mədəni təmizləyir

Sirkə soyuqluq və quruluq verir, bədənə tez sorulur, dərmanların təsirini sürətləndirir.

Susuzluğu yatırır, həzmə kömək edir, iştahanı artırır, bəlğəmi əridir və onun xaric olmasını asanlaşdırır, mədə iltihabı üçün münasibdir.

Acqarına sirkədə istifadə bağırsaq qurdunu öldürür. Onu isidib içərək özünü qusdurmaqla mədəni təmizləyirlər.

Sirkə ilə qarqara etmək boğaz, qırtlaq və diş ağrısı üçün xeyirlidir. Ona duz qataraq ağızı qarqara etmək diş dibinin qanamasını kəsir.

Yara almış yerlərin kənarlarına sirkə sürtmək yaranın ətraflara yayılmasının qarşısını alır.

Qızıl yel, dəri şişləri, təzə yaraların şişməsi, qızdırma ilə müşahidə olunan baş ağrısı, qaşınma və s. hallarda onu sürtdükdə faydalıdır, həşərat dişləməsi və od yanığı zamanı müsbət təsir göstərir.

Sirkədə bişən əncir təpitməsini bədənə sürtdükdə ağrını sakitləşdirir. Onu gül yağı ilə sürtdükdə günvurmadan olan baş ağrısını kəsir.

Arpa unu ilə təpitməsi difteriya, döş şişi, qulaq dibi şişi, gül ilə təpitməsi isə soyuq şişlər üçün faydalıdır.

Bədən orqanlarının keyləşməsində və oynaqların ağrısında üzərlik ilə təpitməsi xeyirlidir.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...