Üzünüzü belə yuyun - Qızıl qaydalar
Sağlamlıq | 28.08.2017 09:12
230

Üzünüzü belə yuyun - Qızıl qaydalar

Üz dərisi zərif, incə olduğu üçün üzünüzü yuyarkən diqqətli olmağınız vacibdir. Belə ki, üzünüzü düzgün yusanız, dəriniz təmizlənər, nəfəs alar və ölü dəri canlanar. Üzünüzü yumadan əvvəl əllərinizi dərinizə uyğun sabunla yuyun. Yalnız bundan sonra üzünüzə sabun vurun və ilıq suyla yuyun. Çünki isti su üz dərinizin qurumasına səbəb olur.

Soyuq su çirkləri tamamilə təmizləmədiyi üçün bu səbəblə ilıq su ən doğru seçimdir. Üzünüzü yuyarkən alın, yanaq və burun kənarları həssas olduğundan yavaşca ovuşdurun.

Ən sonda dəsmalı yüngülcə üzünüzə basdıraraq üzünüzü qurulayın. Qurulamadan sonra nəmləndirici kremlərdən istifadə edin. Nəmləndirici krem yoxdursa, badam yağından yararlanın. Qeyd edək ki, üzünüzü cox yumaq da yanlışdır. Bu, dərinizin qurumasına səbəb olur.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...