Azərbaycanlı cərrah cinsi bilinməyən uşağı oğlana çevirdi - AÇIQLAMA
Sağlamlıq | 08.09.2017 17:36
412

Azərbaycanlı cərrah cinsi bilinməyən uşağı oğlana çevirdi - AÇIQLAMA

Azərbaycanda qeyri-adi əməliyyat həyata keçirilib.

Mərkəzi Klinik Xəstəxananın uşaq cərrahı və uroloqu mütəxəssis Fuad Hüseynov cinsiyyəti ayırd edilə bilməyən uşaq üzərində əməliyyat aparıb.

Həkim Metbuat.az-a açıqlamasında əməliyyat haqqında danışıb: “Rayonlardan birində doğulan, cinsiyyəti bəlli olmayan uşaqla bizə müraciət etdilər. Biz xromosom analizi etdik və uşağın oğlan (46 XY) olduğu müəyyən edildi. Cinsiyyət orqanı əyri, ölçüsü isə çox kiçik idi. Sidik kanalının dəliyi xayalığa keçən hissəyə açılırdı”.

Həkimin sözlərinə görə, uşağı 2 mərhələdə əməliyyat edib. Birinci əməliyyat 3 saat çəkməklə 10 aylığında, ikinci əməliyyat isə 1.5 yaşında 3 saat yarım olmaqla həyata keçirilib. “Əvvəlcə, sidik kanalı bərpa edildi, yəni “yama” qoyuldu. Daha sonra cinsiyyət üzvü bərpa olundu. Sidik ifrazı normal hala gətirildi”.

Həkim əlavə edib ki, hazırda uşağın vəziyyəti yaxşıdır və onun gələcəkdə ata olmasında heç bir problem olmayacaq.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...