Bu xəbəri yalnız qadınlar oxusun - Sağlam cinsi həyatın sirri...
Sağlamlıq | 10.09.2017 21:12
2016

Bu xəbəri yalnız qadınlar oxusun - Sağlam cinsi həyatın sirri...

Sağlam cinsi həyat üçün yalnız qadınların bilməli olduğu faktlar var.

Metbuat.az xanım oxucular üçün həmin faktları təqdim edir.

  Qatıq kimi probiotik baxımdan zəngin olan qidalar, bakterial vaginozis və digər vaginal infeksiya risklərini azaldır. 

  Lahana turşusu da probiotik baxımdan zəngin qidadır. 

  Şəkər xəstəliyiniz varsa və çox şirniyyat yeyirsinizsə, bu, vaginal infeksiyalara yol aça bilər. Buna görə şirniyyat qəbuluna diqqət edin. 

  Zoğal suyu böyrək və sidik kisəsi sağlamlığı üçün faydalı olsa da, sistit və digər bənzər xəstəliklərə faydası təsdiqlənməyib. 

  Kafein, şokolad, spirtli içki və saxta dadlandırıcılar sidik kisənizdə problem yarada bilər. 

Quşqonmaz (qulançar) və sarımsaq kimi qidaları çox yeməniz qasıq bölgənizdə pis qoxu yaranmasına səbəb ola bilər.

Həddən çox miqdarda ət yemək də pis qoxu yarada bilər.

  Özəl bölgənizin florasını nizamlamaq və sağlam bir cinsi həyat üçün su içməyi unutmayın. 

  Kətan toxumu və lobya xüsusən menopauza öncəsi yaşanan sıxıntıları azaltmağa kömək edir. 

  Biyan kökü aromasının qadınları cinsi istəyə təhrik etdiyi təsdiqlənib. 

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...