Stressdən uzaq olmaq üçün bu peşələrdən birini seçin
Sağlamlıq | 02.08.2018 11:57
556

Stressdən uzaq olmaq üçün bu peşələrdən birini seçin

İşləyən insanlar hər zaman stressdən şikayətlənirlər. Ancaq elə peşə sahələri də var ki, onlar belə hallardan tamamilə uzaqdırlar.

Brifinq.com ilk 15-liyə daxil olan bu sənət növlərini təqdim edir: 

İqtisadçılar – bazardakı inkişafı, irəliləyişi yaxından izləyən bu peşə sahibləri stressdən uzaqdır. 

Statistika mütəxəssisi – Asanlıqla iş tapmasalar da, stressə minmum səviyyədə məruz qalırlar. 

Riyaziyyatçılar – adətən iş tapmayacaqları düşünülsə də, riyaziyyatçılar, demək olar ki, stress yaşamadan işlərini görə bilən peşə sahibləridir. 

Biomedikal mühəndis – Gələcəyin peşələri sırasında yer alan biomedikal mühəndislər adətən tibb sahəsində çalışırlar və stressdən uzaqdırlar. 

Fiziklər – maddə və enerjini, bir-birləri ilə əlaqəsini incələyən fiziklər iş tapmaq əsnasında stress yaşasalar da, çalışdıqları müddətdə stressdən tamamilə uzaq qalırlar. 

Astroloq – Ən stressiz peşə sahələrindən biridir. Göy cisimlərini öyrənir, teleskopla göy üzünü müşahidə edirlər. 

Sığorta mütəxəssisi – mütəxəssis olanadək bir çox stress yaşasalar da, sonradan bu stress minimum səviyyəyə düşür. 

Odioloq – eşitməklə bağlı problemi olan insanlara lazımi avadanlıqları təyin edən odioloqlar tibb sahəsində çalışsalar da, ən stressiz peşəyə sahibdirlər. 

Optometrist – Eynək hazırlayan optometristlər optika mağazalarında çalışaraq uyğun eynək və linzaların seçiminə kömək edirlər. 

Dietoloq – problemli müştəri ilə qarşılaşmasa, iş həyatları stressiz keçir. 

Ortodontist – diş tellərini hazırlayan bu peşə sahiblərinin stressdən uzaq olduqları üçün hər zaman gülümsəməsi sizə qəribə gəlməsin. 

Zərgər – zaman-zaman oğurluq halları ilə qarşılaşmasalr, stressi ən az səviyyədə yaşayırlar. 

Saç ustası – saç ustaları və bərbərlər ən az stress yaşayan peşə sahiblərindəndir. 

Professor – bu mərtəbəyə yüksələrkən stressə məruz qalsalar da, professor olduqdan sonra dünyanın ən stressiz işini görürlər. 

Dizayner-qrafik  - kənardan insanlara stressli peşə sahibi kimi görünə bilərlər, ancaq bu heç də belə deyil.  

 

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...