İsrailli ataşenin sui-qəsd dosyesi - 40 il sonra yenidən açılır - FOTOLAR
Maraqlı | 10.01.2017 17:47
457

İsrailli ataşenin sui-qəsd dosyesi - 40 il sonra yenidən açılır - FOTOLAR

FBI İsrail hərbi ataşesinin sui-qəsd dosyesini Çaqqal Karlosa aid məktuba görə, 40 il sonra yenidən açıb.
 
Brifinq.com bildirir ki, FBI-in 1973-cü ildə İsrail Hava Qüvvələri ataşesinin Vaşinqtonda öldürülməsindən sonra başladılan istintaqı Çaqqal Karlos ləqəbli İliç Ramirez Sançezin məktubu ilə yenidən gündəmə gəlib.
 
Bu haqda "New York Times" qəzetinin müxbiri Adam Goldman Joe Alonun cinayət istintaqı ilə bağlı yazısında qeyd edib.
Araşdırmaçılar 40 ildən çoxdur həll edə bilmədikləri cinayətdə fələstinli qrupların nəyisə gizlətdiklərini düşünürlər. Goldman Alon cinayəti ilə bağlı istintaqda ABŞ torpaqlarına sui-qəsd üçün gedən və ömürlük azadlıqdan məhrum edilən Ramirezlə israilli bir rəsminin görüşmək istədiyini qeyd edib. Ramirez onun təklifini müəyyən məbləğ qarşılığında qəbul edib. Lakin israilli rəsmi bunu qəbul etmədiyi üçün məsələ qapanıb.
 
İliç Ramirez Sançez Paris məhkəmə salonunda - 28 noyabr 2000-ci il
Hesabatda Ramirezin "Qara Sentyabr" adlı təşkilata üzv olan suriyalı Kamal Kheir Beiklə görüşdüyü qeyd edilib. Bu görüşdə Karlos Fələstin iddiasına necə kömək edə biləcəklərini soruşub və Beik ona Polkovnik Joe Alonu öldürməyi təklif edib.
 
Beləliklə, Alon 1 iyul 1973-cü ildə evinin qarşısında avtomobildə ikən silahla qətlə yetirilib.

 
Nərgiz Nənə

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...