Anasını qəbirdən çıxarıb saçını daradı, paltarını dəyişdi - VİDEO - FOTOLAR
Maraqlı | 13.09.2017 14:35
324

Anasını qəbirdən çıxarıb saçını daradı, paltarını dəyişdi - VİDEO - FOTOLAR

İndoneziyada qeyri-adi festival təşkil edilir.
 
Metbuat.az-ın xəbərinə görə, qeyri-adi festivalda ölülər yaxınları tərəfindən qəbirdən çıxarılır, təmizlənir, sonra yenidən dəfn edilir. İndoneziyanın Cənubi Sulavasi bölgəsində yaşayan Torajan etnik qrupunda baş verən festival zamanı ölülər yaşadıqları zaman ən çox sevdiyi kim olubsa, o yaxını tərəfindən məzardan çıxarılır. Həmin o adam sevdiyi adamın cəsədi ilə bütün gününü birgə keçirir. Torajan xalqı bununla da sevgilərinin ölümlə bitmədiyini sübut edir. Hətta bir müddət cəsədləri evlərində saxlayırlar.
 
Marten Labi adlı bir adam isə 1997-ci ildə ölmüş anasının cəsədini məzardan çıxararaq, onun saçını darayıb və əyninə yeni paltarlar geyindirib.
 
Qeyd edək ki, Torajan xalqı yaxınları öldüyü zaman onları mumiyalayaraq bir neçə həftə evdə saxlayıb sonra torpağa tapşırırlar.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...