Melaniya Tramp və Mehriban Əliyeva - Kim daha gözəldir?
Maraqlı | 06.10.2017 09:59
179

Melaniya Tramp və Mehriban Əliyeva - Kim daha gözəldir?

Məşhur Britaniya nəşri “Express” gözlənilməz sualla çıxış edib: “Melaniya Tramp dünyanın ən gözəl birinci xanımıdırmı?” Dövlət başçılarının xanımlarını barədə məlumatları araşdırdıqdan sonra Londonda dərc olunan qəzet onların arasında ən gözəl adına 5 namizədi təqdim edib.

Siyahıya Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bə ABŞ prezidentinin həyat yoldaşı Melaniya Tramp daxil olublar.

“Express” xüsusilə qeyd edir ki, Mehriban Əliyeva ixtisaslı həkimdir və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin məzunu və fəxri professorudur.

Siyahıya Kanadanın baş naziri Castin Trüdonun həyat yoldaşı – keçmiş teleaparıcı və fotomodel Sofi Qrequar Trüdo da daxil edilib.

Dördüncü namizəd Meksika prezidenti Enrike Penya Nyetanın xanımı – keçmiş aktrisa və müğənni Anxelika Riveradır.

Nəhayət, “Express”in versiyasına görə, ən gözəl birinci xanımların siyahısında beşinci Butan kralı Ciqme Khesar Namqyal Banqçukun həyat yoldaşı Cetsun Pemadır.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...