“Bravo”ya maşınla girən sürücü bu imiş - FOTOLAR
Maraqlı | 19.12.2018 13:22
278

“Bravo”ya maşınla girən sürücü bu imiş - FOTOLAR

Ötən gün Bakıda baş verən qeyri-adi qəzanı törədən sürücünün kimliyi məlum olub.

Ötən gün “Koroğlu”da yerləşən “Bravo” hipermarketinə girən “Audi-Q3”ün sürücüsü xanım olub.

Həmin sürücü Azərbaycanın bədii gimnastika yığmasının baş məşqçisi Mariana Vasilyevadır.

Hadisə ilə bağlı Azərbaycan Gimnastika Federasiyası ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Bikə Abdullayeva açıqlamasında bildirib ki, Mariana Vasilyeva heç bir xəsarət almayıb.

“Hazırda o, iş başındadır. Avtomobilə nə qədər ziyan dəyməsi barədə isə heç bir məlumatım yoxdur”, - deyə Bikə Abdullayeva bildirib.

Qeyd edək ki, ötən gün “Audi-Q3” markalı avtomobil “Koroğlu”da yerləşən “Bravo” hipermarketində girib. Qəzadan sonra həmin maşının dövlət nömrə nişanı çıxarılıb.


Baku.ws

 
1
1

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...