Yemək yeyib ağzını pulla silən Azərbaycanlı - VİDEO
Maraqlı | 19.12.2018 14:11
323

Yemək yeyib ağzını pulla silən Azərbaycanlı - VİDEO

Rusiyada yaşan azərbaycanlı Anar Zeynalov paylaşdığı video ola tənqid atəşinə tutulub. 

Rusiya vətəndaşı olan A.Zeynalov paylaşdığı videoda yaşadığı vəziyyəti göstərməyə çalışıb. Belə ki, Zeynalov yemək yeyən zaman özünü videoya çəkib və masanın üzərində olan rus pulları ilə ağzını silib:

“Bu gün cümədir. Hər şey əladır. Ağzımı 5000 rublla silirəm. Mənə salfet ilə ağız silmək yaraşmaz axı”.

Bu video sosial şəbəkələrdə tənqid edilib. Azərbaycanlı istifadəçilər “Sənin kimilərə görə orada bizə hörmət qoyulmur” kimi şərhlər yazıblar.

Qeyd edək ki, Anar Zeynalov daha əvvəl də Ramzan Kadırov və Putinə etdiyi videolu müraciətlərlə gündəmə gəlib. Onun bu davranışları həmin günlərdə də birmənalı qarşılanmayıb.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...