Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul satır
Hərbi | 18.12.2016 13:39
67

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul satır

Bu gün 10-dan çox ölkəyə Azərbaycan istehsalı olan müdafiə təyinatlı məmulatlar ixrac edilir.

Bu sözləri Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 11-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə müdafiə sənayesi naziri Yavər Camalov deyib.

“Cari ildə xüsusi təyinatlı hücum pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, “İstiqlal-1T” snayper tüfənginin, soyuq atış kollimatorunun, avtomatik topun, artilleriya və tank topları üçün atəş yığımlarının, tank əleyhinə qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının müvafiq sınaqlarına başlanılıb. Həmin məmulatların istehsalının mənimsənilməsi istiqamətində işlər davam etdirilir. Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir”, - deyə nazir bildirib.

Y.Camalov onu da deyib ki, Azərbaycan Silahlı Qüvvələrini yeni növ “Zərbə” pilotsuz uçuş aparatları ilə təmin etmək üçün yaxın vaxtlarda bu məmulatın seriyalı istehsalına başlanılacaq. Bununla bağlı Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında anlaşma memorandumu imzalanıb. (Azərtac)

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...