Türkiyə İŞİD-in 217 mövqeyini məhv edib
Hərbi | 18.12.2016 17:02
138

Türkiyə İŞİD-in 217 mövqeyini məhv edib

Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində İŞİD terror təşkilatının 217 mövqeyini məhv edib.

Brifinq.com-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-də Suriyada "Fərat qalxanı" hərbi əməliyyatına başlayıb. Əməliyyat çərçivəsində Türkiyənin sərhəd rayonlarını terrorçulardan təmizləmək, humanitar yardımın çatdırılmasını təmin etmək və İŞİD-lə mübarizədə beynəlxalq missiyaya dəstək göstərmək kimi məqsədlər qoyulub.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...