Azərbaycan Silahlı Qüvvələrinin rəhbər heyəti toplaşıb
Hərbi | 20.12.2016 20:27
78

Azərbaycan Silahlı Qüvvələrinin rəhbər heyəti toplaşıb

Azərbaycan Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə üçgünlük toplantı keçirilir.

Brifinq.com xəbər verir ki, Müdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanlarının, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin, birlik və birləşmə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirakı ilə keçirilən toplantıda Müdafiə naziri general-polkovnik Zakir Həsənov çıxış edib.

İştirakçılardan ümümqoşun nizamnamələri, rəhbəredici və digər normativ sənədlərlə bağlı biliklər üzrə məqbullar qəbul edilib, şəxsi heyətin fiziki hazırlığının səviyyəsi yoxlanılıb.

Silahlı Qüvvələrin rəhbər heyətinin döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılması məqsədilə silahlanmada olan zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra olunur, generallar və zabitlər müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetirirlər.

Azərbaycan Silahlı Qüvvələrinin rəhbər heyəti toplaşıb -  Fotolar

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!

Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...