Ukrayna ordusu hücuma keçdi - MÜHARİBƏ
Hərbi | 21.12.2016 14:39
130

Ukrayna ordusu hücuma keçdi - MÜHARİBƏ

Ukrayna ordusu eyni zamanda bir neçə istiqamətdən “Luqansk Xalq Respublikası” (“LXR”) separatçı qurumun “qoşun”unun mövqelərinə hücum edib.

Brifinq.com  Publika.az-a istinadən xəbər verir ki, bu haqda “LXR”in “xalq milisi”nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Ukrayna ordusu qumbaraatanlar, minaatanlar və ağır atıcı silahlardan atəş açır. “Saat 11:00-a olan məlumata görə, vəziyyət gərgin olaraq qalır. Rəqibin Debaltsevoa istiqamətdən hücum cəhdləri dayanmır”, - xəbərdə deyilir.

Qeyd edək ki, Ukraynanın şərqində vəziyyət iki gün əvvəl gərginləşib. Separatçı tərəfinin məlumatına görə, dekabrın 19-da gedən döyüşlərdə Ukrayna tərəfindən 10 hərbçi ölüb, 20-si yaralanıb.

Ukrayna tərəfi isə Svetlodarskda gedən döyüşlərdən sonra yeni strateji mövqeləri tutduğunu açıqlayıb. Anti-terror əməliyyatları qərargahından bildirilib ki, Ukrayna hərbçiləri rəqibin hücum cəhdinin qarşısını alaraq əks-hücuma keçiblər. Separatçıların hərbi əmlak və Rusiya istehsalı olan texnikanı döyüş meydanında qoyaraq qaçdığı deyilir. Svetlodarskda döyüşçülərdə Ukraynanın 5 hərbçisi həlak olub, 6-sı yaralanıb.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...